"Xalqımızı sevindirmək istəyirik" - Rəhman Daşdəmirov
Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov Tacikistanla keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Pressing.az xəbər verir ki, o, Bakıda keçiriləcək qarşılaşmada qələbə qazanmaq istədiklərini bildirib.
"Sabah Millətlər Liqasındakı oyunlardan əvvəl yoldaşlıq matçına çıxacağıq. Rəqib yaxşı komandadır, futbol oynamağı və nə istədiyini bilir. Biz də özümüzə inanırıq. Ayxan Abbasovun qarşıya qoyduğu tapşırıqlar var. Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik".