“Kəpəz-2" ilə milli komanda arasında yoxlama oyunu keçiriləcək
“Kəpəz” klubunun əvəzedici heyəti 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) ilə yoxlama matçı keçirəcək.
Pressing.az xəbər verir ki, qarşılaşma sentyabrın 25-də saat 17-də Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında baş tutacaq.
Bu oyun U-19-un “Kəpəz” PFK-nın Təlim-Məşq Mərkəzində keçirdiyi hazırlıq prosesi çərçivəsində gerçəkləşəcək.
Yeri gəlmişkən, yığma “Kəpəz-2”dən savayı, oktyabrın 2-də Gəncə klubunun əsas komandası ilə də görüşəcək.