Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

"Neftçi"də növbəti hədəf – bu dəfə onun "torbası tikilir"?

"Neftçi"də Rövşən Nəcəf dönəminin başlaması ilə klubda ciddi struktur dəyişikliyi də oldu və proses öz axarıyla davam edir.

Belə ki, uzun müddət "ağ-qaralar"ın sıralarında müxtəlif vəzifələrdə çalışan, illərini bu kluba verən bəzi şəxslər gözlənilməz şəkildə yola salındı.

Yeni rəhbərlik hələ də bu yöndə "fəaliyyətini" davam etdirir. Yəni, uzun illərdir "Neftçi"nin uğurları üçün çalışan şəxslər "gözaltı edilib" və yaxın vaxtlarda onlarla da yolların ayrılacağı gözlənilir.

Belə demək mümkünsə, növbəti "torbatikmə əməliyyatı" xeyli müddətdir "Neftçi"də tərcüməçi kimi çalışan istedadlı kadr Vüqar Əliyevə qarşı hazırlanır. Düzdür, rəhbərlik bunu birbaşa etməyi planlaşdırmır. Çünki Əliyev kluba yox, komandaya yaxın olan şəxsdir. Bu səbəbdən də o, bir növ öz istəyi ilə işdən ayrılmağa vadar edilir.

Məsələn, buna nümunə olaraq "Neftçi"nin yeni baş məşqçisi Miodraq Bojoviçin təqdimat mərasimini göstərmək olar. Belə ki, həmin gün Vüqar Əliyevin sağında əyləşən paytaxt təmsilçisinin baş icraçı direktoru Fərrux Mahmudov canlı efirdə tərcümə zamanı əsəbi şəkildə iki dəfə ona irad bildirdi. Mahmudov klubun idman direktoru Yens Anderssona isə şəxsən özü tərcüməçilik etdi. Bu da sosial şəbəkələrdə, futbol camiəsində birmənalı qarşılanmadı.

Gedişatı konkretləşdirsək, Vüqar Əliyevin də yaxın zamanlarda "Neftçi"dən ayrılacağını eşitdikdə təəccüblənməyə bilərik.

Diqqətinizə çatdıraq ki, buyaxınlarda "Neftçi TV"nin aparıcısı, tanınmış teleşərhçi İsmayıl Abdullayev, ardınca isə uzun illər "Neftçi"nin bir parçası olmuş klubun kommersiya direktoru Rüstəm Allahverdiyev "ağ-qaralar"ın sıralarını tərk edib.

Elsevər Muradzadə

Oxşar xəbərlər