Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

“Neftçi”də 7-ci, Azərbaycan çempionatlarında 62-ci – STATİSTİKA

Azərbaycan çempionatlarında daha bir legioner baş məşqçi debüt edib.

Pressing.az
xəbər verir ki, bu, Misli Premyer Liqasının 19-cu turunda gerçəkləşib.

“Neftçi” klubu yeni baş məşqçisi Miodraq Bojoviçin rəhbərliyi altında ilk qarşılaşmaya çıxıb. “Sabah”la səfər görüşü 0:0 hesabı ilə başa çatıb.

Bojoviç Azərbaycan çempionatları tarixinə 62-ci legioner baş məşqçi kimi düşüb. Onadək 61 mütəxəssis ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

O, Premyer Liqa tarixində 2-ci monteneqrolu mütəxəssisdir. “Bakı”nın baş məşqçisi olmuş Bojidar Bandoviç 2012/13 mövsümündə komandaya 32 oyunda rəhbərlik edib.

Bojoviç “Neftçi”nin tarixində 7-ci əcnəbi mütəxəssisdir. Ona qədər ukraynalı Anatoli Demyanenko, almaniyalı Hans-Yurgen Gede, çexiyalı Vlastimil Petrjela, italiyalı Roberto Bordin, rumıniyalılar Laurentsiu Regekampf və Adrian Mutu “ağ-qaralar”a rəhbərlik edib.

Oxşar xəbərlər