Xəbər lentiwidget-title-icon

Azərbaycan qılıncoynadanından Daşkənddə bürünc medal
1/4 finalın daha iki oyunu keçirilib - Yüksək Liqa
“Sərhədçi” “Sumqayıt”ı məğlub edib - ABL
“Ordu”dan “Lənkəran” üzərində qələbə - ABL
Azərbaycan millisi Şimali İrlandiyaya da məğlub oldu
AFFA bu oyunları təxirə saldı
Aqil Nəbiyev: “Hədəfimiz Malta ilə oyunda mütləq qələbə qazanmaqdır”a - AÇIQLAMA
28 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
Azərbaycanlı taekvondoçudan Türkiyədə qızıl medal
Azərbaycan, yoxsa Şimali İrlandiya?
Azərbaycanlı hakimlər Avropa Kubokunun oyununa təyinat alıblar
"Real"ın zədəlisi geri döndü
Azərbaycan millisinin Sent Lüsiya üzərində qələbəsi - VİDEO
Ayxan Abbasov: “Kimin daxilində nə var, elə fikirləşir”
Azərbaycan millisindən böyükhesablı qələbə
Rəşad Eyyubov: “Uduzmuşuqsa, deməli, pis oynamışıq”
Azərbaycan millisinin oyununun vaxtında DƏYİŞİKLİK
Portuqaliya yığması millimizi darmadağın etdi
27 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycanlı güləşçiyə 4 illik cəza verildi
Azərbaycan millisi Sent Lüsiyaya qarşı
Azərbaycanın U-21 millisi Portuqaliya ilə qarşılaşır
“Ordu” qalib gəldi, “Neftçi” uduzdu - Yüksək Liqa
Tanınmış futbolçu sıraya qayıtdı

Aysun Seydiyeva: "Ümid edirəm ki, bizi maddi planda da dəyərləndirəcəklər" - MÜSAHİBƏ

Qadınlardan ibarət Azərbaycan millisinin üzvü Aysun Seydiyeva UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Bakıda Farer adalarına qalib gəldikləri oyundan (1:0) sonra Pressing.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Qrupda son matçda xalı olmayan Farer adalarını qəbul etsəniz də, qələbəni heç də asanlıqla qazanmadınız...

- Bəli, son oyun üçün bizim üçün bir az çətin oldu. Çünki farerlilər bizi arxa xətdə qarşılayırdı. Buna baxmayaraq, 1 qol vurub 3 xal qazandıq və ona görə sevinirik. Çətinlikləri həm də hava şəraiti yaratmışdı. Rəqib komandanın gözləmədiyimiz şəkildə hazırlığı bizi bir az çətin vəziyyətə saldı. Əsas odur ki, nəticəni qazandıq.

- Başa çatan qrup mərhələsini necə dəyərləndirərdin?

- UEFA Millətlər Liqası həm futbolçu karyeramda, həm də qadın millimiz üçün məncə, super il kimi yaddaşlarda qalacaq. Çünki bu turnirdə ilk dəfə çıxış etməyə baxmayaraq, komanda olaraq çox yaxşı hazırlaşdıq. Həm də özüm 1 il futboldan uzaq olmağıma baxmayaraq, millidə möhkəmlənməyə çalışıram. Uğurun əsas səbəbi 90 faiz milli futbolçularımızın legioner həyatı yaşamağındadı.

- Yeri gəlmişkən, millidə yerli klubları təmsil edən azsaylı futbolçulardan birisən. Səviyyə fərqini hiss edirsən?

- Əlbəttə. Azərbaycan çempionatıyla başqa çempionatların fərqi çoxdu. Türkiyədə, Qazaxıstanda, Rusiyada, Yunanıstanda çıxış edən qızlar bizdən səviyyə baxımından 2-3 dəfə daha üstündürlər.

- Bəs, özün legioner həyatı yaşamağı artıq real saymırsan? Bu, arzu olaraq qaldı, yoxsa..?

- Yox, niyə də arzu olaraq qalsın? İndi bəzi səbəblərə görə burdayam. Amma ümid edirəm ki, gələcəkdə Aminlə birgə legioner həyatı yaşayarıq.

- Yeri gəlmişkən, həyat yoldaşın Amin Seydiyevin uğurunuza münasibəti necədi? Kişi futbolunda belə bir nəticə yoxdu, amma qadınlarda var. Paxllığı yoxdu?

- Xeyr. O da adımıza, qazandığımıza görə çox sevinir, məni təbrik edir. Azərbaycan futbolunda ilk dəfədi belə bir şey olur. İnşallah, oğlanlarımızdan da bu nəticəni görərik, hamımız bir yerdə sevinərik.

- Sosial şəbəkələrdə belə bir müzakirə gedir ki, kaş ki kişilərimiz də qadınlar kimi meydanda sonadək belə mübarizə aparardılar...

- Elə deməzdim. Kişilər də mübarizə aparır. Sadəcə, qadınlar hər işdə, hər cəhətdən - tək idmanda yox, həyatda da - çox mübarizə sevən cinsin nümayəndələridi. Bizə Allah belə bir güc verib. Həm psixoloji, həm də fiziki olaraq çox güclü olduğumuzdan bəlkə belə bir mübarizə aparırıq. Müasir Azərbaycan gənclərinə onu demək istəirəm ki, istədiyiniz işlə məşğul olun, heç nəyə fikir verməyin. Mən bacarmışamsa, siz də bacararısınız.

- C Liqasında aşkar güclü olduq. Amma B Liqası belə olmayacaq. Yenidən məğlubiyyətləri sıralasınız, bu, sizdə ruh düşkünlüyü yaratmayacaq?

- Məncə, yaratmayacaq. Çünki əvvəlki illərlə müqayisədə indi legioner həyatı yaşayan futbolçularımızın təcrübələri daha çoxdu deyə, milliyə daha böyük töhfə verirlər. Fikrimcə, bizə B Liqasında o qədər də çətin olmayacaq.

- Qarşıdakı əsas hədəfləriniz nədi?

- C Liqasında olduğu kimi, B Liqasında da yaxşı çıxış etmək istəyirik. Daha da yaxşı yerlərdə olaq, niyə də yox? Niyə də Avropa çempionatının seçmə mərhələsində də yaxşı çıxış etməyək?

- AFFA prezidenti Rövnəq Abdullayev sizi təbrik edib. Bəs, rəhbərlik səviyyəsində maddi planda mükafatlanmısınız? Hər halda, idmançı üçün pul da vacibdir...

- (gülür) Vacibdi, lakin hələ olmayıb. Ümid edirəm ki, Rövnəq müəllimlə görüşdə nələrsə olacaq. O hələ ki ikinci plandadı. İndi əsas düşüncəmiz odur ki, bu qələbəni qazanmışıq, onun dadını çıxarırıq. Ümid edirəm ki, bizi maddi planda da dəyərləndirəcəklər.

Elsevər Muradzadə

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycan qılıncoynadanından Daşkənddə bürünc medal
1/4 finalın daha iki oyunu keçirilib - Yüksək Liqa
“Sərhədçi” “Sumqayıt”ı məğlub edib - ABL
“Ordu”dan “Lənkəran” üzərində qələbə - ABL
Azərbaycan millisi Şimali İrlandiyaya da məğlub oldu
AFFA bu oyunları təxirə saldı
Aqil Nəbiyev: “Hədəfimiz Malta ilə oyunda mütləq qələbə qazanmaqdır”a - AÇIQLAMA
28 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
Azərbaycanlı taekvondoçudan Türkiyədə qızıl medal
Azərbaycan, yoxsa Şimali İrlandiya?
Azərbaycanlı hakimlər Avropa Kubokunun oyununa təyinat alıblar
"Real"ın zədəlisi geri döndü
Azərbaycan millisinin Sent Lüsiya üzərində qələbəsi - VİDEO
Ayxan Abbasov: “Kimin daxilində nə var, elə fikirləşir”
Azərbaycan millisindən böyükhesablı qələbə
Rəşad Eyyubov: “Uduzmuşuqsa, deməli, pis oynamışıq”
Azərbaycan millisinin oyununun vaxtında DƏYİŞİKLİK
Portuqaliya yığması millimizi darmadağın etdi
27 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA