Xəbər lentiwidget-title-icon

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI

Siyasət Əsgərov: "Püşkdən sonra kimsə belə bir nəticənin olacağını desəydi..." – MÜSAHİBƏ

"Futbol camiəsini bu qələbə münasibətilə təbrik edirəm. Tarixi qələbədir. Qızlarla bunu bacardıq. Ümid edirəm ki, ardı gələr. B Liqasına çıxdıq. Orada rəqiblər daha çətin olacaq. Oradakı oyunlara daha ciddi hazırlaşıb maksimum nəticə vermək istəyirik. Oyuna gəldikdə isə, rəqibi tanıyırdıq. Bu sistemdə ilk dəfə idi oynayırdılar. Onlardan belə oyun gözləmirdik. Ola bilər ki, əvvəlki matçdakı böyükhesablı məğlubiyyətə görə belə oyun üslubu seçmişdilər. Oyun planları meydanın özlərinə aid hissəsində dayanıb keçidlər etmək idi. Bizə çox çətin oldu. Milli komandamız yeni yarananda biz də 5-4-1 sistemi ilə oynayırdıq. Bu yadıma düşdü. Qızlar üçün qol vurmaq çətin oldu. Rəqibin müdafiəsini yara bilmirdik. Düzdür, şanslar var idi. Amma onları dəyərləndirə bilmirdik. Hava şəraiti də mane olurdu. Komandada istər-istəməz bir az arxayınlıq var idi. Şükürlər olsun ki, ikinci hissədə planımız tutdu və qol vura bildik. Komandanı təbrik edirəm. 5 qələbə, 1 heç-heçə çox uğurlu nəticədir. Püşkdən sonra kimsə belə bir nəticənin olacağını desəydi, mən özüm də tərəddüd edərdim. Komanda olaraq apardığımız mübarizə bizi bu yerlərə götürüb çıxardı".

Bu sözləri qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda ötən gün Farer adaları ilə keçirilən oyundan (1:0) sonra deyib. O, matçın ardından Pressing.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Uğur uzun bir prosesin nəticəsidir. Bu, necə baş verdi?

- Qadın futbolunun təməli 2010-cu ildə qoyulub. 2012-ci ildə dünya çempionatı keçirildi. Bu qızların əksəriyyəti həmin vaxt olan komandanın üzvləridir. Təəssüf ki, itirdiyimiz qızlar da var. Onlar da olsaydı, gücümüzə güc qatardılar. Uğurumuzun əsas sirri odur ki, qızlarımızın əksəriyyəti qonşu ölkələrin liqalarında çıxış edir. Futbolçular komandaya hazır gəlirlər. Oyunçular milliyə hazır gələndə yaxşı təsir edir. İki futbolçumuz təəssüf ki, zədələnib.

- Azərbaycan çempionatının səviyyəsini necə qaldırmaq olar?

- Keyfiyyət lazımdır. Rusiya da qadın futboluna başlayanda onlar da çatışmazlıqlar çox idi. Liqalara keyfiyyəti legionerlər qatır. Son iki ildə Türkiyə də bu təcrübədən keçir. Bu il legioner limitini 8+3 etdilər. Orada çox yaxşı çempionat gedir. Keyfiyyət olsa, legionerlər gəlsə, səviyyə artar. Premyer Liqa klubları da qadın futboluna dəstək olsa, düşünürəm ki, yaxın illərdə çempionatın səviyyəsini qaldıra bilərik.

- Ölkə çempionu olan "Sumqayıt"dan milliyə dəvət olunan yoxdur. Futbolçular milliyə dəvət almaq üçün nə etməlidir?

- Haqlısız. Yüksək Liqanın bütün oyunlarını izləyirik. Aytac Şərifova "Trabzonspor"da oynayır. Nərgiz Əliyeva da Türkiyə Super Liqasında çıxış edir. Onların performansına yaxın oyunçu varsa, şans veririk. Liqanın səviyyəsini özünüz də bilirsiniz. Rəsmi oyunlar olmayanda bəzi qızlar var ki, onları toplanışa dəvət edirik. Ancaq belə motivasiya verə bilirik. Rəsmi oyunlarda yerli liqadan oyunçu çağırmaq bizim üçün çox çətindir. Kim hazırdırsa, kim milliyə kömək edə bilərsə, onları dəvət edirik.

- Yüksək Qızlar Liqasının bəzi oyunları böyükhesablı nəticələr qeydə alındığı üçün vaxtından əvvəl bitirilirdi. Buna münasibətiniz necədir?

- Bunu mən də mediadan oxumuşdum. Bilmirəm nə məsələdir. Oyunda nümayəndə olur. Əgər belə bir hal baş veribsə, bu, doğru deyil.

- Türkiyədə Azərbaycanın qadın futbolundakı uğuru necə qarşılanır?

- İki ildir ki, Türkiyədə çalışıram. İlk ildə bizə fərqli yanaşırdılar. Klubumuzun rəhbərliyinə deyirdilər ki, Azərbaycan bizdən məşqçi aparır, amma siz Azərbaycandan məşqçi gətirmisiz. Komandam çempion olandan sonra düşüncələr tam dəyişdi. Millimizə o qədər də inam yox idi onlarda. Hamı Monteneqronu qrup lideri kimi görürdü. Türkiyədə olan futbol adamları da belə düşünürdü. Komanda olaraq sübut etdik və hər kəsə göstərdik ki, Azərbaycanda qadın futbolu inkişaf etmək istəyir.

- Bundan sonra hədəfləriniz nədir?

- Mart ayında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Rəqiblərimizin kim olacağını gözləyirik. Püşkatmaya qədər yoldaşlıq oyunları keçirməyi planlaşdırırıq. Bizim kimi komandalar üçün mütləq oyunlar lazımdır. Nə qədər çox oynasaq, o qədər inkişaf edərik. Seçmə mərhələnin oyunları sentyabr ayında başlayacaq. Hədəfimiz budur ki, seçmə mərhələdə bacardığımız qədər insanlarınm sevindirək.

- Püşklə bağlı nə deyə bilərsiniz?

- Ümid edirəm ki, münasib olacaq. Əsas budur. Artıq B səbətində olacağıq. Püşk üzümüzə gülsə, A səbətindən normal komanda gəlsə, bilmək olmaz necə olacaq. Bizdən aşağı səbətlərdə olan komandaları həm evdə, həm səfərdə məğlub etməliyik.

- Türkiyədə ilk məğlubiyyətinizi "Qalatasaray"dan aldınız. Qolların birini millimizin üzvü Kristina vurdu. Buna sevindiniz?

- Bu, futboldur. Kristinanı Türkiyədə hər kəs tanıyır. Mən daha çox tanıyıram. Oyundan əvvəl futbolçularıma demişdim ki, ona diqqət etsinlər. Kristina ani məqamda qol bura bilər. Futbol səhvlər oyunudur. Qapıçımız səhv etdi və Kristina da bunu dəyərləndirdi. Uduzmaq istəmirdik. Cəmi iki məğlubiyyətimiz var idi. "Qalatasaray" əsas rəqiblərimizdən biridir. İlk dövrədə üç oyunumuz qalıb. İkinci dövrədə daha yaxşı hazırlaşıb ötənilki çempionluğu təkrarlamaq istəyirik.

Elsevər Muradzadə

Oxşar xəbərlər


Bütün xəbərlər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR