Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

"Kubokdakı oyunlarımızı Xankəndidə keçirmək istəyirik" - Qurban Qurbanov

"Hər kəsi təbrik edirəm. Burada ilk mətbuat konfransımdır. Həddən artıq sevincliyəm. Neçə illər hamı bunu həsrətlə gözləyirdi. Başda cənab prezident olmaqla ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların qəhrəmanlıqlarının sayəsində buradayıq. Bütün xalqımıza həmişə sağlam və xoşbəxt olmağı arzulayıram. Oyuna gəldikdə, məncə, danışmağa ehtiyac yoxdur. Bizim üçün çətin idi. Bir az həyəcan var idi. Oyundan çox başqa söhbətlər gedirdi. Futbolçular öz aralarında Şuşa, Xankəndə haqda danışırdılar. Son dəqiqədə maraqlı epizoddan qol vurduq. MOİK sona kimi mübarizə apardı. Onları təbrik edirəm".

Pressing.az
xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun 1/8 final mərhələsinin MOİK-lə (1:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- Rəqibdən bu cür oyun gözləyirdiz?

- Düzü, belə də gözləmirdim. Amma rəqibin oyunlarına baxmışdıq. Çox yaxşı müdafiə olunub, əks-hücumda təhlükəli olurlar. Qalib gəldiyimiz üçün şadam.

- Kubokda növbəti oyunları da burada keçirmək ehtimalı var?

- Kubok oyunlarını burada keçirməyi istəyirik. Böyük ehtimalla bir matçı burada keçirə biləcəyik. Gələckdə bu barədə çox ciddi addımlar atılacaq.

- Cənab prezident bildirdi ki, tezliklə Ağdamda "İmarət" stadionu tikiləcək. Bu, haqda düşüncələrimiz necədir?

- Çox xoşdur. Cənab prezidentin əsl azərbaycanlı kimi siyasəti var. Bizim keçmişimizi qaytarmaq istəyir. "İmarət" qədim stadion olub. Belə bir düşəncəyə görə cənab prezidentə təşəkkür edirəm. Stadion hazır olandan sonra böyük məmnuniyyətlə gedib orada oynayarıq.

- Riçard Almeydanın durumu nə yerdədir?

- Başından zədə aldı. Özünü yaxşı hiss etmədi və oyunu davam etdirə bilmədi.

- MOİK Premyer Liqada mübarizə apara bilər?

- Yəqin heyətlərini daha da genişləndirəcəklər. Bu gün bizə qarşı belə mübarizə aparmaqları gələcəyə ümid verir. Bu matçdan sonra ola bilər ki, rəhbərlik komandaya daha böyük diqqət ayırsın. Bu gün Xankəndidə oynamaqla tarixə düşdülər. Bu tarixi qoruyub saxlamaq lazımdır.

- "İmarət" stadionu bərpa olunandan sonra komanda Ağdama köçə bilər?

- Hazırda biz oyunlarımızı Bakıda keçiririk. "Qarabağ" Azərbaycanı təmsil edir. Gələcək planlar barədə daha sonra geniş fikir bildirə bilərik. Amma biz klub olaraq həmişə xalqımız üçün düzgün yol seçmək istəmişik. Gələcəkdə ən doğru qərar veriləcək.

- Artıq torpaqlarımız azad olunub. Bundan sonra "Qarabağ" oyunlara necə motivasiya olacaq?

- Dəfələrlə bildirmişəm ki, "Qarabağ" adı bizi həmişə məsuliyyətli edib. Bu o demək deyil ki, torpaqlarımız qayıdıb və bizə motivasiya vermək çətin olacaq. Biz heç vaxt şəhidlərimizi, qazilərimizi yaddan çıxarmayacağıq. Bu klubda olmaq bizə böyük bir motivasiya verir.

- Qolun vurulmasında azərbaycanlı futbolçuların iştirak etməsi sizin üçün xüsusidir?

- Xüsusi bir hiss dedikdə, mən onların hər uğuruna sevinirəm. Amma futbol kollektiv oyundur. İstənilən oyunçumuz qol vura bilər. Mən heç birinə fərq qoymuram.

- Stadion müasir futbolun tələblərinə nə dərəcədə cavab verir?

- Stadionda hər şey standartlara uyğundur. Sadəcə meydançanın ot örtüyü amili var. Bu, elə oyun idi ki, biz meydançanı düşünmürdük. Ot örtüyünün dəyişdirilməsi məncə, gələcək planlarda olacaq.

- Nəriman Axundzadə oyundan sonra müsahibə vermədi. Bildirdi ki, siz ona qadağa qoymusuz. Bunun səbəbi nədir?

- Bu gün qadağa qoymamışdım. Bəzən Nərimanı müsahibələrdən uzaq edirəm. Daha çox futbolu düşünməyini istəyirəm.

Oxşar xəbərlər


Bütün xəbərlər

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar