"Sabah"da "yarpaq tökümü" » Pressing.Az
"Sabah"da "yarpaq tökümü"
Azərbaycan Futbolu 14-06-2024, 15:43

“Sabah” klubu yarımmüdafiəçi Kristian Sebalyosla yollarını ayırıb.

Pressing.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

İspaniyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Klub Sebalyosa xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.