"Sabah" nigeriyalı hücumçu ilə yolları ayırıb
Azərbaycan Futbolu
3-07-2024, 09:00
“Sabah” klubu hücumçu Emmanuel Apehlə yollarını ayırıb.
Pressing.az xəbər verir ki, nigeriyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib. Klub Apehə xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Emmanuel Apeh 2022-ci ilin yayından "Sabah"da çıxış edirdi.