"Sabah" Kristian da Silva ilə sağollaşdı » Pressing.Az
"Sabah" Kristian da Silva ilə sağollaşdı
Azərbaycan Futbolu 23-06-2024, 11:02

“Sabah” yarımmüdafiəçi Kristian da Silva ilə yollarını ayırıb.

Pressing.az
xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, Da Silva 2022-ci ilin fevral ayından “Sabah”da çıxış edirdi. O, paytaxt klubunda ümumilikdə 54 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.