"Sabah" Hadudini göndərdi » Pressing.Az
"Sabah" Hadudini göndərdi – RƏSMİ
Azərbaycan Futbolu 1-07-2024, 16:30

“Sabah” klubu müdafiəçisi Maruan Hadudiylə yollarını ayırıb.

Pressing.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin rəsmi saytı məlumat yayıb. Mərakeşli futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

"Saah" Maruana kluba xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.