"Neftçi"nin futbolçusu Fələstin millisində » Pressing.Az
"Neftçi"nin futbolçusu Fələstin millisində
Azərbaycan Futbolu 13-11-2023, 21:48

“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.

Pressing.az
xəbər verir ki, 29 yaşlı futbolçu yığmanın heyətində dünya çempionatının seçmə mərhələsi oyunlarında iştirak edə bilər. Fələstin millisi noyabrın 16-da BƏƏ-də Livan, ayın 21-də isə Küveytdə Avstraliya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Caber Fələstin milli komandasının heyətində 4 oyun keçirib.