“Neftçi”nin legioneri milliyə çağırılıb » Pressing.Az
“Neftçi”nin legioneri milliyə çağırılıb
Azərbaycan Futbolu 9-06-2023, 09:30

“Neftçi” klubunun müdafiəçisi Solomon Kverkveliya Gürcüstan milli komandasına dəvət olunub.

Pressing.az
xəbər verir ki, 31 yaşlı futbolçu Avro-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə keçiriləcək səfər matçlarına çağırılıb.

Qeyd edək ki, Kverkveliya Gürcüstan milli komandasının heyətində 48 oyunda meydana çıxıb.