"Neftçi"nin legioneri milliyə dəvət alıb » Pressing.Az
"Neftçi"nin legioneri milliyə dəvət alıb
Azərbaycan Futbolu 29-05-2024, 09:22

“Neftçi” klubunun yarımmüdafiəçisi Alfa Konte Syerra Leone milli komandasına dəvət olunub.

Pressing.az
xəbər verir ki, 23 yaşlı futbolçu iyunun 5-də Cibuti, 10-da isə Burkina Faso yığması ilə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, Konte Syerra Leone milli komandasının heyətində 2 oyunda meydana çıxıb.