Xəbər lentiwidget-title-icon

Gəncədə hərəyə 1 qol - VİDEO
"Düşünürəm ki, nəticə pis deyil" - Azər Məmmədov
Rəşad Sadıqov: "Üzərimizdə müəyyən təzyiq var" - VİDEO
Gəncədə "sülh", "İmişli"dən qələbə - YENİLƏNİB
AFFA Region Liqasının püşkü atılıb
"İmişli"nin məşqçisi: "Enerjimiz tükənmişdi"
Kurban Berdıyev: “Hər dəfə qol vurmaq mümkün olmur”
“Kəpəz” - “Zirə” matçı üçün HEYƏTLƏR
"Sabah" - "Borussiya" matçının hakimləri açıqlanıb
Simiç: "Borussiya"ya qalib gəlmək üçün əlimizdən gələni edəcəyik" – MÜSAHİBƏ
"İmişli" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb
MPL: "Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
AGF-də regional güləş koordinatorları ilə görüş
"Fənərbağça"dan darmadağın - VİDEO
Renat Dadaşovun komandası darmadağına uğradı
Azərbaycan derbisində vurulan 6 qol - VİDEO
"Sabah"ın 4 qollu qələbəsi - VİDEO
Azərbaycan derbisində 6 qol, "Sabah"dan darmadağın - YENİLƏNİB
"Qəbələ"nin baş məşqçisi: "Futbolçuların düşüncə tərzini dəyişmək lazımdır"
Qarabağ" - "Neftçi" matçını neytral azarkeş kimi izləyəcəyəm" - Valdas Dambrauskas
"Şəfa"nın futbolçusu: "Məni oteldən çıxarmaları ilə bağlı məlumat doğru deyil" - AÇIQLAMA
"Şamaxı"nın portuqaliyalısı: "Komandamız çox güclüdür" – MÜSAHİBƏ
Qəbələdə heyətlər açıqlanıb
"Şəfa"nın futbolçusu: "Bir qələbə qazanıb, psixoloji üstünlük əldə etmək lazımdır" – MÜSAHİBƏ

Rəşad Sadıqov: "Üzərimizdə müəyyən təzyiq var" - VİDEO

"Zirə" klubu Misli Premyer Liqasının VIII turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.

Pressing.az xəbər verir ki, qonaqların baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Olduqca maraqlı oyun alındı. İlk hissəfə meydanda taktiki savaş gedirdi. Düşünürəm ki, iki komanda da bu gün 1 xal qazandı. İkinci hissədəki oyuna görə futbolçularıma təşəkkür edirəm. Rəqib qapıçının qurtatışları qırılma nöqtəsi idi. Bu cür atmosferdə oynamaq çətindir. Rəqib həqiqətən də 12 oyunçu ilə oynayırdı. Qoldan sonra verdiyimiz reaksiya məni məmnun etdi. Amma bu, qələbə qazanmağa kifayət etmədi.

- Heyətdə zədəli futbolçular çoxdur. Bu gün meydanda 5 yerli oyunçu var idi. Düşünmürsüz ki, keyfiyyət öz sözünü dedi?

- Bəli, ciddi itkilərimiz var. Eren Aydın, İssa Cibrilla zədədən yeni qayıdıb. Əlimizdə olan futbolçular risk altındadır. Problemlərimiz ciddidir. Əlimizdən gələni edirik. Düşünürəm ki, bu perioddan çıxacağıq.

- Gəncə şəhər stadionundakı atmosferlə bağlı fikirləriniz necədir?

- Həqiqətən azarkeşlər möhtəşəm idi. Burada oynamaq çox yaxşıdır. Sevinirəm ki, Azərbaycanda belə stadion var. Bu gün məğlub olsaydıq da, məyus olmayacaqdım.

- Giorgi Papunaşvilinin az oynamasının səbəbi nədir?

- Yeni seleksiyalardan sonra komandada rəqabət artıb. "Şamaxı" və "Kəpəz"lə matçda Papunaşvilini əsas heyətdə planlaşdırırdıq, amma xəstələndi. 10 gün yataqdan qalxa bilmədi. Bizimlə cəmi bir məşqə çıxmışdı.

- Komanda mövsümə 3 qələbə ilə başladı, amma növbəti 5 turda qalibiyyət yoxdur. Sizcə, nə çatmır?

- Bunun üzərində işləyirik. Hər şeyi mətbuat konfransında danışmaq olmur. Öz aramızda müzakirə edirik. Son iki matçda futbolçularda həyəcan hiss olunur. Bu, yüz faizli qol epizodlarında özünü büruzə verir. Üzərimizdə müəyyən təzyiq var. Hər il belə period olur. Əlimizdən gələni edirik ki, qələbə qazanaq. İddialı olmaqdan ötrü uğurlu olmaq da şərtdir. Bəxt deməyim, həmin sözü xoşlamıram. Ümid edirəm ki, qarşıdakı turlarda düzələr. (sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər