Qarabağ" - "Neftçi" matçını neytral azarkeş kimi izləyəcəyəm" - Valdas Dambrauskas
Misli Premyer Liqasının 8-ci turunda keçirilən "Qəbələ" - "Şamaxı" matçından (0:4) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskasın iştirakıyla mətbuat konfransı keçirilib.
Pressing.az xəbər verir ki, litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyun "Borussiya" ilə matçın hazırlığını baxımından faydalı oldu?
- Bizim üçün ən önəmlisi bugünkü oyun idi. Bakıya qayıtdıqdan sonra "Borussiya" ilə matçın hazırlığına başlayacağıq. Yolumuza addım-addım davam edirik.
- "Qarabağ" - "Neftçi" matçı ilə bağlı düşüncələriniz necədir?
- Desəm ki, maraqlı deyil, yalan olar. AMma bəzi şeylər mənim nəzarətimdə deyil. Mən daha çox öz komandama nəzarət edə bilərəm. "Qarabağ" - "Neftçi" matçını neytral azarkeş kimi izləyəcəyəm.
- Xəyal Əliyev uzun müddətdən sonra yaşıl meydanlara qayıtdı. Onun hazırlıq durumu necədir?
- Çox xoşbəxtəm ki, Xəyal sıralarımıza qayıtdı. Bu gün 7-8 dəqiqə oynadı. O, bizim üçün çox önəmli oyunçudur. Meydana daxil olduqdan sonra yaxşı performans göstərdi, qol ötürməsi etdi. Çempionlar Liqaslında oynaması hansı formada olmasından asılı olacaq. Xəyal Azərbaycan ən istedadlı futbolçulardan biridir. Onun peşəkar yanaşması yaxşıdır. Məşqçinin tapşırıqlarını çox yaxşı başa düşür. İrəlidə daha da yaxşı olacaq.