"Düşünürəm ki, nəticə pis deyil" - Azər Məmmədov
"Kəpəz" klubu Misli Premyer Liqasının VIII turunda Gəncə şəhər stadionunda "Zirə"lə 1:1 hesablı heç-heçə edib.
Pressing.az xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:
"Azarkeşlərimizə təşəkkür edirəm. Bir məşqçi kimi kənardan onların dəstəyini hiss edirəm. Komandamla fəxr edirəm. Yaxşı iş görməyə çalışırlar. Heyətdə ciddi itkilərimiz var idi. Buna baxmayaraq, komanda pis təsir bağışlamadı. Bu gün çox güclü komandaya qarşı oynadıq. Düşünürəm ki, nəticə pis deyil, 1 xal qazandıq".