"Şəfa"nın futbolçusu: "Bir qələbə qazanıb, psixoloji üstünlük əldə etmək lazımdır" – MÜSAHİBƏ
Misli Premyer Liqasının 8-ci turunda ötən gün keçirilən "Şamaxı" – "Şəfa" oyunundan (3:2) sonra Bakı təmsilçisinin yarımmüdafiəçisi Elnur Cəfərov Pressing.az-a müsahibə verib.
– Oyunla bağlı fikirlərin nədir? Niyə hesabı qoruya bilmədiz?
– Məyusuq. Hesabda öndə olduğumuz, daha çox qol epizodu yaratdığımız oyunda məğlub olduq. Qol fürsətlərimiz rəqibdən daha çox idi. Bunlardan istifadə edə bilmədiyimiz üçün matçdan xalsız ayrıldıq. Hesabı 3:1, 4:1 edə bilərdik. Rəqib əlinə düşən fürsətlərdən istifadə etdi. Çox üzücüdür.
– Qol vurdun. Yəqin ki, qələbə qazansaydız, bu oyun sənin üçün əlamətdar olacaqdı...
– Çox əlamətdar olardı. Oyunun içində xoş hisslər yaşayırdım. Sonda məğlub olmağımız məni çox məyus etdi.
– Ardıcıl məğlubiyyətlərin səbəbi nədir?
– Məğlubiyyət qaçılmazdır. 6 tur da ola bilər, 10 tur da. Böyük komandalar da məğlub olurlar. Futbolda olan şeydir. İlk turlarda rəqiblərimiz daha ağır komandalar idi. Sonra ard-arda bizə uyğun rəqiblər gəlir. "Şamaxı" ilə matçda çox yaxşı oynadıq. Xırda detallara görə məğlub olduq.
– "Qara zolaq"dan çıxmaq üçün bir qələbə kifayətdir?
– Bəli. Bir qələbə qazanıb, psixoloji üstünlük əldə etmək lazımdır. Bundan sonra qarşıdakı matçlara yaxşı əhvalda çıxmaq olar.
– Növbəti turda "Kəpəz"lə qarşılaşacaqsız. Gözləntilərin nədir?
– Ancaq qələbəni və 3 xalı fikirləşirik. Başqa düşüncəmiz yoxdur. Çünki qələbəyə acıq.
– Karyeran qeyri-stabil davam edir. Premyer Liqa, I Liqa, II Liqada çıxış edirsən. Bunun səbəbi nədir?
– Futbolda enişlər və yüksəlişlər olur. II Liqadan I Liqaya, oradan Premyer Liqaya qalxa bilmişəmsə, deməli xarakter göstərmişəm. İşimə davam edəcəyəm. Hədəfim daha yaxşı performans göstərib komandama kömək etməkdir.
Daşqın Əziz