"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
“Araz-Naxçıvan” klubunun baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 8-ci turunda “Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Pressing.az xəbər verir ki, ukraynalı mütəxəssis komandasının çıxışından danışıb:
“İlk hissədə pis oynamadıq. Hesabda öndə idik. Oyunu bu cür davam etdirmək lazım idi. Özümüzə inamımız yoxdur. Meydanın bizə aid hissəsinə çəkilmişdik. Lazımsız qollar buraxdıq. Komanda hesabı qorumaq istəyirdi. Daha sadə oynamaq istədik. Özümüzü çıxılmaz vəziyyətə saldıq. Əlimizdə olan heyətlə işləməyə davam edəcəyik. Əllərimizi yanımıza salmayacağıq. İşimizi davam etdirəcəyik”.