Azərbaycan yığması yoxlama oyununda qələbə qazanıb
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci təsnifat mərhələsinə (Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının – EEVZA) hazırlığı Qubada davam etdirir.
Pressing.az xəbər verir ki, yığmamız təlim-məşq toplanışı çərçivəsində “Milli Aviasiya Akademiyası”nın gənc qızlardan ibarət komandası ilə yoxlama oyunu keçirib.
Görüş millinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
U-20 yığmasının hazırlıq prosesi oktyabrın 19-dək davam edəcək.