"Şamaxı"nın portuqaliyalısı: "Komandamız çox güclüdür" – MÜSAHİBƏ
Misli Premyer Liqasının 8-ci turunda ötən gün keçirilən "Şamaxı" – "Şəfa" matçından (3:2) sonra meydan sahiblərinin portuqaliyalı yarımmüdafiəçisi Rikardo Apolinario Pressing.az-ın suallarını cavablandırıb.
– Oyunla bağlı fikirlərin nədir?
– Çox çətin qarşılaşma oldu. İlk hissədə də qol buraxdıq, ehtiyat oyunçular skamyasında komanda yoldaşlarım və məşqçi ilə danışdıq. Məşqçimiz bildirdi ki, ruhdan düşmək olmaz, bu oyunu udmalıyıq. Belə də oldu. Bunu bacardığımız üçün çox şadam.
– Yəni ikinci hissdə geridönüşün səbəbi bu oldu?
– Bəli. Komanda ruhu, motivasiya... Komandamız çox güclüdür. Demək olar ki, bütün futbolçular komandaya yeni qoşulub və hamısı keyfiyyətli oyunçulardır.
– 7 oyundur ki, məğlub olmursuz. Növbəti turda "İmişli"nin qonağı olacaqsız. Bu uğurlu seriyanı davam etdirə biləcəksiz?
– Yaxşı seriyadır, məncə, "Şamaxı" bu templə davam edəcək. Məşqçimizi və oyunçularımızı təbrik edirəm.
Daşqın Əziz