Xəbər lentiwidget-title-icon

"Sumqayıt"ın yenidən bu stadiona qayıtdı
Bakıda keçiriləcək dünya çempionatı və Festivalına hazırlıq davam edir
AFFA nümayəndələri Meksika səfiri ilə görüşüblər
Dövlət başçısı dünya çempionatının açılışında
AFFA-nın texniki direktoru bölgəyə səfər edib
Azərbaycan karateçilərindən 3 medal
DÇ: Məmmədəliyeva təsəlliverici görüşdə uduzdu
Astarada Azərbaycan birinciliyi keçirilib
Kamal Umudluya UEFA-dan növbəti təyinat
Azərbaycan cüdoçusu 1/4 finalda uduzdu
AFFA qələbəyə görə futbolçulara bu qədər mükafat verəcək – ÖZƏL
“Gəncə”də rusiyalı voleybolçu - RƏSMİ
DÇ: Azərbaycan cüdoçuları mübarizəni dayandırdı
5 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan yığmasının qələbəsi - VİDEO
Azərbaycan millisi Albaniyaya böyük hesabla uduzub
Bakıda keçirilən dünya kuboku rekordlarla yadda qalıb
Azərbaycan gimnastlarından dünya kubokunda "bürünc"
Azərbaycan yığmasının heyətində dəyişiklik
İkinci Liqada 6-cı tura yekun vurulub - NƏTİCƏLƏR
Ayxan Abbasov: "Sevindim ki, üç gün ərzində futbolçular toparlandı"
Azərbaycan cüdoçusu dünya çempionu oldu!
Millimiz Litvaya qalib gəldi - YENİLƏNİB
"Sabah"la “GolfCar Azərbaycan” arasında əməkdaşlıq müqaviləsi imzalandı
DÇ: Əhməd yarımfinalda, Balabəy mübarizəni dayandırdı

"Şəfa"ya qarşı oynamaq "Payde"yə qarşı oynamaqdan daha çətindir" - VİDEO

Bu gün Misli Premyer Liqasında I tur çərçivəsində "Zirə" doğma meydanda "Şəfa"nı 2:0 hesabı ilə məğlub edib.

Pressing.az xəbər verir ki, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

"Oyun gərgin keçdi. Bilirdik ki, rəqib mübarizəyə köklənmiş olacaq. Avrokubok oyunlarından sonra psixoloji cəhətdən yaxşı vəziyyətdə deyildik. Qarşımızda "Zirə"ni ən yaxşı tanıyan məşqçi var idi. O, komandamızda 7 il çalışıb. Bu, hiss olunurdu. Futbolçularımı təbrik edirəm"

- Qol vəziyyətlərindən istifadə problemi həll olunub?

Bu, "Zirə"də mənim 7-ci ilimdir. Bu qədər qol epizodu yaradıb məğlub olduğumuz oyunu xatırlamıram. Amma “Payde” ilə matçda belə oldu. Futbolçu karyeramda da belə hallar yaşanıb. Hamımız məyus olmuşduq. Bu gün isə daha dəqiq oynadıq. Ümid edirəm, hər şey düzələcək.

– Bu rəqibə qarşı iki qol vura bildiniz.

- "Şəfa’ya qarşı oynamaq "Payde"yə qarşı oynamaqdan daha çətindir. Orada hər 5-8 dəqiqədən bir qol epizodu yaradırdıq, bu dəfə belə olmadı. Oyunda rəqibdən üstün olduğunuz zaman əks-hücumlar təhlükəli olur. Müdafiəyə də diqqət yetirmək lazımdır.

– Hakimlikdən yenə narazı görünürdünüz.

- Xeyr.(gülür). Nəticəyə təsir edən səhvlər olmadı. Meydandan kənarda olanda insan daha aqressiv olur.

– İssa Cibrilla meydanda olanda “Zirə” ötən mövsüm məğlub olmamışdı. Bu mövsüm komanda fiziki cəhətdən daha yaxşı hazırlaşıb?

- O, çox az oynayıb. Maraqlı statistikadır, buna heç diqqət yetirməmişdim. İssaya güvənirik, hücumlarımızı onun üzərindən qururuq. Rotasiyalar olacaq. O da öz üzərində daha çox çalışır.

– Eren Aydından razısınız?

- Onun mikrotravması var idi, amma tam fədakarlıqla oynadı və gözəl qol vurdu. Bu gün qol vurdu, “Payde” ilə oyunda isə iki dəfə dirəyə düşmüşdü.

– FIFA-nın yeni qaydalarından razısınız?

- Əla qaydadır. Vaxt itkisindən çox şikayət edirdik. Yeganə məqam odur ki, qanaxmaya görə bir dəqiqə gözləməyin mənası yoxdur. Ümid edirəm, bu məsələyə də diqqət yetirərlər. (sportal.az)

Oxşar xəbərlər

Bütün xəbərlər