Xəbər lentiwidget-title-icon

Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum olub
"Fənərbağça" futbolçuları Bakıdadır
"Kəpəz" daha bir yoxlama oyunu keçirib
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçulara mükafat verəcək: 15 min...
Paskal Qross birincidir
Azərbaycan millisinin heyətində ayrılıq
2-ci Liqada 10 oyunun vaxtı açıqlanıb
"Turan Tovuz" - "Fənərbağça" matçının biletləri satışda!
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib
Azərbaycan Kubokunda oyunların vaxtı açıqlanıb
Bakıda “Neftçi” və “Spartak” veteranları arasında oyun keçiriləcək
Türkiyə yığmasının növbəti sınağı - Millətlər Liqası
ABL-də ilk turun daha bir oyunu keçiriləcək
Azərbaycan - Litva matçının hakimləri açıqlanıb
AMADA rəsmisi Parisdə keçirilən iclasda iştirak edib
2 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
"Turan" İstanbulda "Fənərbağça"ya məğlub olub
Malen hamını qabaqladı
"Fənərbağça"ya "yaşıl işıq"
Azərbaycan şahmatçılarının oktyabr üçün FIDE reytinqi müəyyənləşib
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

"Nə hikmətdirsə, baş açmadım" - Rəşad Sadıqov

Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub. "Zirə" "Sumqayıt"ı son dəqiqələrdə vurduğu qolla 2:1 hesabı ilə məğlub edib.

Pressing.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

"İlk növbədə futbolçularıma təşəkkür edirəm. Bu gün oyuna köklənmək çox çətin idi. Çünki üç gün bundan qabaq ağır məğlubiyyətlə qarşılaşmışdıq. Ona baxmayaraq, futbolçular tələblərimizi nəzərə alıb, ilk dəqiqələrdən sona qədər ən yaxşısını etməyə çalışdılar. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Rəqibin qapıçısı bu gün möhtəşəm idi".

- "Sabah" - "Neftçi" matçında ev sahibi komandanın start heyətini görəndə, ilk təəssüratınız necə oldu?

- Maraqlı sual verdiniz. Gizlətməyəcəm. Heyətlər bir saat əvvəl bilinir. Düzü, start heyətini görəndə məndə bir az məyusluq oldu(gülür). Təbii ki, rəqabətdir. Biz də istəyirik ki, rəqabət apardığımız komandalar xal itirsinlər. "Neftçi"ni ürəkdən təbrik edirəm. Xüsusilə də, çempionatın sonuna yaxın meydanda amansız mübarizə apardılar. Onlar da avrokuboklara getməyə layiq idi, biz də. Onlara da avrokuboklarda uğurlar arzulayıram. Bütün klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Amma suala qayıtsam, bəli, start heyətini görəndə məndə məyusluq oldu.

- Oyunun son 10 dəqiqəsində mərkəzi nöqtə sizlə azarkeşlər arasındakı müzakirə idi. Orada nə baş vermişdi?

- Orada mübahisə etmirdik, müzakirə edirdik. Bilirsiz,"Zirə"nin çoxsaylı azarkeşləri yoxdur. Azarkeşlərlə bir-birimizi üzdən də tanıyırıq. Artıq altı ildir buradayam. Erenlə bağlı sual oldu, mən də sual verirdim ki, onu başa düşmədim. Sonra fikirləşdim ki, bəlkə finaldakı Ereni erkən dəyişiklik etməyimizlə bağlı idi. İssa da , Eren də zədəli idi, mətbuat konfranslarında da bunu demişdim. Yoxsa, əks halda kim Ereni meydandan çıxarmaq istəyərdi? Onun müzakirəsi gedirdi. Azarkeşdilər, istəklidirlər, nıəticə qazanmaq istəyirlər. Son 3 ildə 4 yarışda 2-ci olmuşuq. Bu da "Zirə" üçün çox böyük nəticədir. Azarkeşlər daha çoxunu istəyir. Bizə ən çox mənfi təsir edən məqam legioner limitinin dəyişdirilməsi idi. Limitin dəyişməsi bizə rəqabətdə ciddi problem yaratdı. Mövsüm boyu da onu hiss edirdik. Çempionat boyu zədələr, gedənlər...Biz bu mövsüm 6-7-ci yerdə olsaydıq, buna təəccüblənməyəcəmdim. Çünki il başlayandan bu günə qədər yaşadığımız problemləri nəzərə alsaq, 6-7-ci yerlərdə olsaydıq da, təəccüblənməyəcəkdim. Amma klubumuza, camiəmizə, azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, sona qədər mübarizənin içində olduq. Əlimizdən gələni etdik, amma alınmadı.

- Cavid Cəlilov sizin oyununuzda verilən səhv qərardan sonra cəzalandırılmışdı. Amma bu gün yenə sizin oyununuza təyinat aldı. Oyunun gedişatında hiss olunurdu ki, 50/50-ə olan epizodlarda rəqibin lehinə qərarlar verirdi. Təzyiq hiss edirdiz?

- Açığı, mən də təyinatı başa düşmədim. Aydın məsələdir ki, səhv olub. Kim cəzalanıbsa, "Zirə"nin oyunlarında cəzalanıb. Nə hikmətdirsə, baş açmadım. Çempionatda başqa səhvlər olmayıb. Bəlkə də cəzalanıblar, biz hiss etməmişik. Amma açıq-aşkar bu şəkildə cəzalanan, I Liqaya, Əvəzedicilər Liqasına göndərilən hakimlər "Zİrə"nin oyunundan sonra olub. Birinci oyunda Cavid Cəlilovun baş hakim, İnqilab Məmmədovun VAR-da olması çox təəccübləndirici idi. Mövzu açıldı, sual verirəm: İnqilab Məmmədovun cəzalandırılması nə ilə bağlı idi, mənə çox maraqlıdır. Neçə vaxtdır ki, bu sual ürəyimdədir. Oyundakı əsas problem ofsayd epizodu ilə bağlı idi. Bunu ya yan xətt hakimi görməlidir, ya da VAR qarışmalıdır. Onda elə çıxır ki, baş hakim bundan sonra ofsayd epizodlarına müdaxilə edə bilər. Bu, o anlama gəlir? Passiv ofsayda müdaxilə edə bilər? Baş hakim topa, qapıya baxır, İnqilab Məmmədov ofsayda necə müdaxilə edə bilər? Tamam, VAR-a çağırıldı, ofsayd vermədisə, buna qarışmıram, cəza tətbiq oluna bilər. Amma bu günə qədər başa düşmədim ki, İnqilab Məmmədovun cəzası nə ilə bağlıdır. (sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Türkiyə yenə uduzdu, Fransada bərabərlik - GECƏNİN NƏTİCƏLƏRİ
"Göyqurdlar" bəyanat yaydı: "AFFA boykot"
"Sumqayıt"dan qələbə
Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri məlum olub
"Fənərbağça" futbolçuları Bakıdadır
"Kəpəz" daha bir yoxlama oyunu keçirib
“Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçulara mükafat verəcək: 15 min...
Paskal Qross birincidir
Azərbaycan millisinin heyətində ayrılıq
2-ci Liqada 10 oyunun vaxtı açıqlanıb
"Turan Tovuz" - "Fənərbağça" matçının biletləri satışda!
"Kəpəz" Azərbaycanın U-19 millisi ilə heç-heçə edib
Azərbaycan Kubokunda oyunların vaxtı açıqlanıb
Bakıda “Neftçi” və “Spartak” veteranları arasında oyun keçiriləcək
Türkiyə yığmasının növbəti sınağı - Millətlər Liqası
ABL-də ilk turun daha bir oyunu keçiriləcək
Azərbaycan - Litva matçının hakimləri açıqlanıb
AMADA rəsmisi Parisdə keçirilən iclasda iştirak edib
2 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA