Xəbər lentiwidget-title-icon

Rəşad Sadıqov: "Avrokubok üçün əlimizdən gələni edəcəyik"
"Zirə" sona qədər təslim olmadı və bizə rahat oynamağa imkan vermədi" - Qurban Qurbanov
Azərbaycan millisi səfərdə Monteneqroya məğlub oldu
"Sabah" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
"Sabah"ın qələbəsi - VİDEO
Azərbaycanda bu federasiyalar birləşdirildi
"İmişli" - "Sabah" matçı üçün HEYƏTLƏR
İspaniya klubunda itki
14 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Qvardiola birincidir
MPL: “İmişli” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
Almaniya nəhəngində ayrılıq yaşanır
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - VİDEO
"Neftçi" - "Qarabağ" oyununun VAXTI AÇIQLANIB
MPL: "Araz-Naxçıvan" "Karvan-Yevlax"a, "Şamaxı" "Sumqayıt"a qalib gəldi - YENİLƏNİB
"Araz-Naxçıvan"ın "Karvan-Yevlax" üzərində qələbəsi - VİDEO
Sumqayıtda heyətlər açıqlanıb
Azərbaycan çempionatında son 7 çəkidə finalçılar məlum olub
Tomas Konyetsko və Jan Zunqrana Qarabağda olublar
Ukraynanı təmsil edən azərbaycanlı 2-ci dəfə Avropa çempionu olub
13 marta olan oyunlar hansı kanallarda? - TV AFİŞA
SON DƏQİQƏ! Bu futbolçu "Qarabağ"dan ayrıldı
Azərbaycan Yüksək Liqasında növbəti oyunların tarixi açıqlanıb
MPL: “Araz-Naxçıvan” – “Karvan-Yevlax”a, "Sumqayıt" "Şamaxı"ya qarşı

Qurban Qurbanov: "Xal itkisi olanda sevinirəm"

"Kəpəz" və Azər Məmmədovu təbrik edirəm, yaxşı mübarizə apardılar. Oyunumuz istədiyimiz kimi alınmadı. Son vaxtlar sıx qrafikdə oynayırıq. Oyunçulara deyəsi bir şey yoxdur. Səhvlərimiz oldu. Bəzən düşünmədiyimiz, istəmədiyimiz nəticələr olur. Qarşıda bizi vacib oyun gözləyir. Komandanı toparlayıb, hazırlıq səviyyəsinə gətirməliyik ki, "Olimpiya"ya qarşı matçda hər şey qaydasında olsun".

Pressing.az
xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunun "Kəpəz"lə (1:1) oyunundan sonra mətbuat konfransında deyib.

- Musa Qurbanlı bu gün İsveç çempionatında iki qol vurub, bir məhsuldar ötürmə verib. Onun haqda nə deyə bilərsiz?

- Xəbərim var idi ki, bu gün oyunu var. Etdikləri sevindirici haldır, buna ancaq sevinirəm. Düzü, oyuna baxmamışam. Çalışacam ki, sabah izləyim. Təkcə oğlumdur deyə yox, azərbaycanlı kimi uğur əldə edəcəksə, buna çox sevinəcəm.

- UEFA reytinqinə daha çox xal gətirən komanda "Qarabağ"dır. Digər klublarımız isə bunu edə bilmir. Sizcə, niyə bir ölkənin reytinqinin yükünü yalnız "Qarabağ" üzərinə götürməlidir?

- Bu barədə çox fikir bildirməyim düzgün olmaz. İnanıram ki, gələcəkdə xallarımız çoxalar. Səhv etmirəmsə, "Sabah" bu mövsüm üç oyunda qalib gəldi və az xal gətirmədi. Eləcə də, "Neftçi". Bəlkə də, oyun sayımız çox oldu, hansısa oyunumuz uğurlu alındı deyə, daha çox xal topladıq. İnanıram ki, gələcəkdə reytinqimiz daha da artar. Görünən odur ki, klublarımız son vaxtlar uğurlarına daha çox vaxt ayırırlar.

- Luka Quqeşaşvilinin komandadan ayrılması, Kadi Borgesin icarə əsasında geri qayıtması nə dərəcədə realdır?

- Məndə belə məlumat yoxdur. Kadi ilə danışığımız olmayıb. Qapıçı məsələsi ilə bağlı da bir şey yoxdur.

- "Zirə" hazırda liderdir, dörd oyuna maksimum nəticə göstəriblər. Bu, sizin üçün xoş sürprizdir?

- Sürpriz deməzdim. Buna sevinirəm. Çünki tanıdığım insanlar, məşqçilər var orada. Onların nə qədər əziyyət çəkdiyini görürəm, bilirəm. Rəşad Sadıqov da birincilərdəndir. "Zirə" rəhbərliyi və Rəşad Sadıqov futbolumuza, idmanımıza daha çox fayda vermək haqda düşünürlər. Bəzən çox şeyə sürpriz kimi baxmıram. Çünki bütün ölkələrdə, çempionatlarda komandalar ancaq inkişafa doğru gedir. Hamı oturur, düşünür, hazırlaşır. İstənilən oyunda istənilən nəticə ola bilər. Sevinirəm, "Zirə"yə və Rəşad Sadıqova uğurlar arzulayıram. Çempionat yeni başlayıb. Görünən odur ki, qarşıda maraqlı nəticələr çox olacaq.

- Dörd matça yeddi xal toplamısınız...

- Bəli, əvvəllər bəlkə bu dönəmdə daha yaxşı nəticələr olub. Amma vəziyyəti nəzərə almaq lazımdır. Daha çox futbolçuların üzərinə yük düşür. İki gün səfərdə, iki gün burda oluruq. Bunlar heç də asan deyil. Başqa iqlimə adaptasiya oluruq, daha sonra yenidən qayıdırıq Bakıya. Asan deyil. Məşq prossesi pozulur. İki gün səfərdə olanda, normal məşq edə bilmirsən. Amma qarşıdakı günlərdə, aylarda bunu yoluna qoyacağıq. Belə xal itkiləri olanda bəzən sevinirəm. Çünki futbolçu qarşıdakı matçlara daha ciddi hazırlaşacaq. Görürlər və hamımız da bilirik ki, sıradan komanda yoxdur. Hamıya qarşı tam məsuliyyətlə hazırlaşmalıyıq.

- Andrey Lunyovun çıxışına necə qiymət verərdiz?

- Bizdə qiymət yoxdur. Çıxışı normal idi. İlk oyununa çıxdı. Düşünürəm ki, daha yaxşı olacaq.

Oxşar xəbərlər


Bütün xəbərlər

Rəşad Sadıqov: "Avrokubok üçün əlimizdən gələni edəcəyik"
"Zirə" sona qədər təslim olmadı və bizə rahat oynamağa imkan vermədi" - Qurban Qurbanov
Azərbaycan millisi səfərdə Monteneqroya məğlub oldu
"Sabah" və "Qarabağ"dan qələbə - YENİLƏNİB
"Sabah"ın qələbəsi - VİDEO
Azərbaycanda bu federasiyalar birləşdirildi
"İmişli" - "Sabah" matçı üçün HEYƏTLƏR
İspaniya klubunda itki
14 mart: bugünkü oyunlar hansı kanallarda? - TV AFİŞA
Qvardiola birincidir
MPL: “İmişli” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
Almaniya nəhəngində ayrılıq yaşanır
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - VİDEO
"Neftçi" - "Qarabağ" oyununun VAXTI AÇIQLANIB
MPL: "Araz-Naxçıvan" "Karvan-Yevlax"a, "Şamaxı" "Sumqayıt"a qalib gəldi - YENİLƏNİB
"Araz-Naxçıvan"ın "Karvan-Yevlax" üzərində qələbəsi - VİDEO
Sumqayıtda heyətlər açıqlanıb
Azərbaycan çempionatında son 7 çəkidə finalçılar məlum olub
Tomas Konyetsko və Jan Zunqrana Qarabağda olublar