AFFA-nın "Fanta"sı və ya 10 nəfərlik "11-lik" – YAZI
AFFA-nın təqdim etdiyi “APL Fantasy” tətbiqini mağazadan yükləmək istəyirsinizsə, ilk addımda qarşınıza çıxan mənzərə adamı istər-istəməz düşündürür: tətbiqin adı “APL Fantasy” yox, “APL Fantası” kimi təqdim olunur.
Bəli, "Pepsi", "CocaCola", "Sprite" yox, "Fanta"...
Bir futbol tətbiqinin adını belə düzgün təqdim etmək mümkün olmayıbsa, burada artıq söhbət sadə texniki səhvdən getmir. Söhbət media və marketinq işinin hansı səviyyədə olmasından gedir.
Bir sual yaranır: proqram iki aydan artıqdır istifadədədirsə, bu müddət ərzində heç kim mağazadakı tətbiqin adına baxmayıb?
Nəzarət edən olmayıb? Yoxsa baxıblar, amma “APL Fantası” normal görünüb?
Ən maraqlısı isə budur ki, bu, “APL Fantasy” ilə bağlı yeganə problem deyil. Tətbiqin çatışmazlıqlarını sadalamağa başlasaq, yəqin ki, bir yazının həcmi kifayət etməz.
Yaxşı, gəlin, tətbiqi də bir kənara qoyaq.
Bir neçə gün əvvəl AFFA “rəmzi 11-lik” paylaşdı. Adından da bəllidir: "11-lik".
Amma heyətdə 10 futbolçu var idi. Bəli, düz oxudunuz: rəmzi "11-lik"də 10 futbolçu.
İndi sual yaranır: bu post paylaşıma çıxana qədər neçə nəfərin qarşısından keçib?
Əgər bütün bunlara baxmayaraq, 10 futbolçudan ibarət “11-lik” yayımlanırsa, problem artıq bir nəfərin diqqətsizliyində deyil. Çünki futbolda ən fundamental məsələlərdən birini bilməyə ehtiyac yoxdur - heç olmasa, paylaşımı yayımlamazdan əvvəl saymaq kifayətdir.
1, 2, 3… 10.
AFFA kimi futbolun idarəedici qurumunda belə elementar səhvlərin baş verməsi xüsusilə qəribədir.
Söhbət Azərbaycan futbolunun əsas qurumlarından birinin rəsmi kommunikasiya platformalarından gedir.
Əgər tətbiqin adı səhv yazılırsa, rəmzi "11-lik"də 10 futbolçu göstərilirsə və bu kimi xətalar davamlı şəkildə təkrarlanırsa, onda təbii sual ortaya çıxır:
Bu qədər insan nəyi yoxlayır?
İşçi sayı çox ola bilər. Vəzifələr, şöbələr, menecerlər, koordinatorlar ola bilər. Amma nəticədə ictimaiyyətin qarşısına çıxan məhsul keyfiyyətsizdirsə, həmin strukturun böyüklüyünün heç bir əhəmiyyəti yoxdur.
Çünki futbol azarkeşi AFFA-nın daxili proseslərinə deyil, ekranda gördüyünə baxır.
Və ekranda “APL Fantası” görürsə, bunu “xırda texniki səhv” kimi yox, AFFA-nın işi kimi qəbul edir.
Bəlkə də AFFA daxilində bunlar “xırda səhvlər” hesab olunur. Amma kənardan baxanda bu xırda səhvlər bir-birinin üstünə yığılanda peşəkarlıq problemi təsiri yaradır.
Ən pisi də budur ki, bunların qarşısını almaq üçün milyonluq büdcə, mürəkkəb texnologiya və ya xüsusi strategiya lazım deyil.
Tətbiqin adını bir dəfə oxumaq, rəmzi "11-liy"i paylaşmazdan əvvəl futbolçuları bir dəfə saymaq. Bu qədər...
Əgər bunlar belə edilmirsə, onda AFFA-nın media və marketinq kommunikasiyasının keyfiyyəti ilə bağlı sual vermək tamamilə haqlıdır. Çünki fantanı içmək olar, amma “APL Fantasy”ni “APL Fantası” etmək olmaz. Bu, sadəcə diqqətsizlik deyil.
Bu, nəzarətin və futbol anlayışının olmamasını göstərən nəticədir.
Orxan İsmayılov