Xəbər lentiwidget-title-icon

Azərbaycan karateçilərindən 3 medal
DÇ: Məmmədəliyeva təsəlliverici görüşdə uduzdu
Astarada Azərbaycan birinciliyi keçirilib
Kamal Umudluya UEFA-dan növbəti təyinat
Azərbaycan cüdoçusu 1/4 finalda uduzdu
AFFA qələbəyə görə futbolçulara bu qədər mükafat verəcək – ÖZƏL
“Gəncə”də rusiyalı voleybolçu - RƏSMİ
DÇ: Azərbaycan cüdoçuları mübarizəni dayandırdı
5 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Azərbaycan yığmasının qələbəsi - VİDEO
Azərbaycan millisi Albaniyaya böyük hesabla uduzub
Bakıda keçirilən dünya kuboku rekordlarla yadda qalıb
Azərbaycan gimnastlarından dünya kubokunda "bürünc"
Azərbaycan yığmasının heyətində dəyişiklik
İkinci Liqada 6-cı tura yekun vurulub - NƏTİCƏLƏR
Ayxan Abbasov: "Sevindim ki, üç gün ərzində futbolçular toparlandı"
Azərbaycan cüdoçusu dünya çempionu oldu!
Millimiz Litvaya qalib gəldi - YENİLƏNİB
"Sabah"la “GolfCar Azərbaycan” arasında əməkdaşlıq müqaviləsi imzalandı
DÇ: Əhməd yarımfinalda, Balabəy mübarizəni dayandırdı
Azərbaycan - Litva matçı üçün HEYƏTLƏR
Kamilo Duran Kolumbiya millisində debüt edib
Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Məsiyevə UEFA-dan növbəti təyinat
“Yaşıl ölkə”də dörd gün – İlqar Tağıyev yazır

APL Fantasy-də ilk turun qalibi mükafatlandırılıb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təqdim etdiyi və yerli futbolsevərlər arasında böyük maraq doğuran APL Fantasy platformasında artıq 14 000-dən çox istifadəçi qeydiyyatdan keçib.

Pressing.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2026/27 mövsümünün başlaması ilə APL Fantasy-də mövsümün ilk turunun qalibi də müəyyənləşib.

İlk turun qalibi 25 yaşlı Ramiq Qasımov olub. O, 33 turluq mövsümün ilk turunda 79 xal toplayaraq 14 000-dən çox iştirakçının yer aldığı ən böyük liqa — APL Fantasy Liqasında birinci pilləni tutub.

İlk turun qalibi Ramiq Qasımov əldə etdiyi nəticəyə görə AFFA və APL Fantasy-nin tərəfdaşı “Euroacs” şirkəti tərəfindən mükafatlandırılıb.

APL Fantasy iştirakçılarına Azərbaycan Premyer Liqasının real futbolçularından virtual komanda formalaşdırmaq, hər turun nəticələrinə uyğun xal toplamaq və digər futbolsevərlərlə rəqabət aparmaq imkanı yaradır. Mövsüm ərzində keçiriləcək 33 turun hər birinin yekununda qaliblər müəyyənləşdirilərək mükafatlandırılacaq.

Platformaya marağın daha bir göstəricisi isə APL Fantasy-də artıq 300-dən çox liqanın yaradılmasıdır. Bu liqalar futbol klubları, media qurumları, müxtəlif brendlər və digər təşkilatlar tərəfindən yaradılıb. Onların bir çoxu bütün istifadəçilər üçün açıqdır və reytinqin liderlərini müxtəlif mükafatlar gözləyir.

APL Fantasy yalnız fərdi rəqabət deyil, həm də futbol klubları, media və brendlər üçün öz auditoriyalarını bir araya gətirə biləcəkləri yeni rəqəmsal platforma rolunu oynayır. İstifadəçilər müxtəlif liqalara qoşularaq dostları, həmkarları, digər futbolsevərlər və müxtəlif təşkilatların yaratdığı komandalarla rəqabət apara bilirlər.

Mövsümün sonunda isə APL Fantasy iştirakçılarını daha böyük mükafatlar gözləyir. Ən çox iştirakçının yer aldığı APL Fantasy Liqasında mövsümün yekun nəticələrinə əsasən onlarla müxtəlif mükafat təqdim olunacaq. Əsas mükafat isə qaliblərdən biri üçün xüsusi futbol təcrübəsi olacaq — Azərbaycan milli futbol komandası ilə birlikdə komandanın rəsmi səfər oyunlarından birinə iki nəfərlik səfər.

AFFA bütün futbolsevərləri APL Fantasy-yə qoşulmağa, öz virtual komandalarını qurmağa və 33 tur ərzində mübarizəyə davam etməyə dəvət edir.

Oyuna qoşulmaq və daha ətraflı məlumat əldə etmək üçün:

APL Fantasy rəsmi platforması
Instagram
TikTok
YouTube
Telegram
Facebook

Oxşar xəbərlər

Bütün xəbərlər