Xəbər lentiwidget-title-icon

Ayxan Abbasov: "Bizdəki təzyiq bəlkə də heç Litvada yoxdur"
"Kəpəz"də ciddi itki
"Xalqımızı sevindirmək istəyirik" - Rəhman Daşdəmirov
Axtam Nazarov: “Azərbaycan kimi komandalara qarşı oynamaq maraqlıdır”
Azərbaycan millisinin matçının hakimləri bilindi
Azərbaycan və Yunanıstan arasında idmanla bağlı müzakirə olub
Minifutbol meydançasının açılış mərasimi olub
Ehtiram Quliyev: "Turan Tovuz"un taleyinə oktyabrda aydınlıq gələcək"
Rəhim Həsənov: “Cavid Cəlilov “Neftçi”nin futbolçusuna qırmızı vərəqə verməli idi” - VİDEO
Azərbaycanın qadın futbolçuları Qarabağ universitetində tələbələrlə görüşüblər
Almaniya yığmasında itki
“Sumqayıt”ın məşqçilər heyəti məlum olub
"Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlanıb
“Turan Tovuz” – “Fənərbağça” matçına bir saatda 5872 bilet satıldı!
Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
“Şəki”nin ABL-ə buraxılmama səbəbi məlum olub
Litva yığmasının baş məşqçisi: "Azərbaycanda milli komandaya çox təzyiq yoxdur"
Azərbaycanın çimərlik voleybolçuları bütün oyunlarda uduzub
AMADA-dan “Qarabağ” U-19 üçün seminar
Azərbaycan millisindən bir qələbə, bir məğlubiyyət
FIFA Azərbaycana gəlir, AFFA-nın ingilisdilli saytı isə susur
Fransa millisində itki
Azərbaycanın daha 3 cüdoçusu dünya çempionatında medal qazanıb
Azərbaycanın daha üç cüdoçusu DÇ-də medal qazanıb
SON DƏQİQƏ! “Turan Tovuz” - “Fənərbağça” matçının vaxtı bəlli oldu

AFFA-nın yeni təşviq mexanizmi ilk mövsümünü uğurla yekunlaşdırıb

AFFA İcraiyyə Komitəsinin 3 fevral 2025-ci il tarixli qərarına əsasən, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində Misli Premyer Liqası klublarına ödənişlər həyata keçirilib.

Bu mexanizm AFFA tərəfindən yerli futbolçuların inkişafını təşviq etmək, klubların maliyyə dayanıqlığını gücləndirmək və ümumilikdə ölkə futbolunun inkişafına əlavə dəstək vermək məqsədilə yaradılıb. AFFA tərəfindən formalaşdırılan qaydalara əsasən, bonus fondu klubların legioner futbolçular üzrə ödədikləri rüsumlar hesabına formalaşıb və vəsait yerli futbolçuların Misli Premyer Liqasında meydana çıxdıqları dəqiqələrə uyğun olaraq bölüşdürülüb.

Bu təşviq mexanizmi klubların yerli və xüsusilə gənc futbolçulara daha çox etimad göstərməsini, onların inkişafına üstünlük verməsini və Azərbaycan futbolunun gələcəyinin formalaşmasına töhfə verməsini hədəfləyir.

Qərara əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Bonus bölgüsündə ən yüksək nəticə göstərən “Qəbələ” klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib. Siyahının ikinci pilləsində yer alan “Sumqayıt” klubunun qazancı 299 min 197 manat, üçüncü sıradakı “Şamaxı” klubunun fonddan gəliri isə 267 min 314 manat təşkil edib.

Bununla yanaşı, AFFA tərəfindən toplanmış vəsaitin 1 milyon 500 min manatlıq hissəsinin Peşəkar Futbol Liqasının büdcəsində saxlanılmasına icazə verilib.

AFFA ilə Peşəkar Futbol Liqası arasında çempionatın təşkili və keçirilməsi ilə bağlı müqaviləyə uyğun olaraq, AFFA İntizam Komitəsinin tətbiq etdiyi maliyyə sanksiyalarından, eləcə də legioner futbolçular üzrə müəyyən edilmiş rüsumlardan formalaşan vəsaitlərin Peşəkar Futbol Liqasının büdcəsinə daxil edilməsinə AFFA tərəfindən səlahiyyət verilib.

Təşviq mexanizminin yerli futbolçuların inkişafına, klubların fəaliyyətinə və ümumilikdə Azərbaycan futboluna müsbət təsir göstərdiyini nəzərə alaraq, layihənin növbəti mövsümdə də davam etdirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Bütün xəbərlər