Xəbər lentiwidget-title-icon

Azərbaycanın daha üç cüdoçusu DÇ-də medal qazanıb
SON DƏQİQƏ! “Turan Tovuz” - “Fənərbağça” matçının vaxtı bəlli oldu
İkinci Liqada 4-cü tura yekun vuruldu
1 biletlə 4 oyun! “Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
İlham Əliyevdən Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı SƏRƏNCAM
AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim edilib
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə edib
Azərbaycan çempionatının adı dəyişib
SON DƏQİQƏ! "Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
“Zirə”nin üç legioneri milli komandalara dəvət alıb
"Sabah"ın 150-ci qələbəsi
"Kəpəz" 150-yə çatdı
Məşhur hakim Bakıdakı dünya çempionatına təyinat alıb
1000-ci oyun, 550-ci qələbə
Azərbaycan Super Liqasının yeni mövsümünün püşkatması keçirilib
Millidə ayrılıq
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatın 1/4 finalında
Misli Premyer Liqasında 19 günlük fasilə
“Sabahın Ulduzları”nda finalçılar məlum olub
Gəncədə vurulan 2 qol - VİDEO
"Şamaxı" belə qalib gəldi - VİDEO
Azərbaycan cüdoçusu dünya çempionu olub
Gəncədə "sülh", Şamaxı"dan qələbə - YENİLƏNİB
Azər Bağırov: "Bəlkə də 6 turun içində ən həyəcanlı oyunlardan biri idi"
"Kobud səhvlərə yol verdik" - Zaur İsmayılov

AFFA rəsmisi: "Rəqabətli və maraqlı oyunların sayının artacağını gözləyirik"

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov qurumun mətbuat xidmətinin suallarını cavablandırıb.

Pressing.az xəbər verir ki, o, müsahibəsində aşağı yaş qrupu üzrə liqalardakı dəyişiklikləri dəyərləndirib və gələcək planlardan bəhs edib.

- AFFA-nın liqalarında iştirak edən komandaların nümayəndələri ilə ötən ay görüşlər təşkil olunmuşdu. Həmin görüşlərin məqsədi nə idi?

- Bildiyiniz kimi, 2025-2026-cı illər mövsümü başlamazdan əvvəl də belə görüşlər təşkil edilmiş və liqalardakı ümumi vəziyyət müzakirə olunmuşdu. Hələ o vaxt belə toplanışların yenidən keçiriləcəyi, müzakirələrin davamlı xarater alacağı və fikir mübadilələrinin aparılacağı bildirilmişdi.

Ötən ay yenidən komandalara dəvətlər göndərildi və müxtəlif tarixlərdə AFFA-nın inzibati binasında həm Premyer Liqada iştirak edən klubların, həm akademiyaların, həm digər fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən komandaların nümayəndələrinin onlayn iştirakı ilə görüşlər keçirildi. Məqsəd liqaların formatlarında edilmiş dəyişikliklərin müzakirəsi, təsiri və əlavə təkliflər idi.

- Tətbiq edilmiş dəyişikliklər nələrdən ibarət oldu?

- Format dəyişikliklərində əsas məqsəd rəqabətli oyunların sayını artırmaq, böyükhesablı məğlubiyyətlərin qarşısını almaq və liqaların daha maraqlı təşkil olunması idi. Görüşlərdə aldığımız rəylərə əsasən, liqalarda rəqabətli oyunların sayı xeyli artdı və iştirakçı komandalar tərəfindən müsbət qarşılandı. Xüsusən də, Millətlər Liqası konseptində təşkil olunan U-15 Liqasının formatı böyük maraqla qarşılandı. Dəyişikliklərə görə, U-16, U-17 və Gənclər Liqasında ilkin mərhələ bitdikdən sonra nəticələrə əsasən A və B qruplarına bölünəcək komandalar müəyyənləşəcək. Bununla rəqabətli və maraqlı oyunların sayının artacağını gözləyirik.

- Keçirilən son oyunların ardından yeni dəyişkilik və ya təkliflərlə bağlı müzakirələr oldumu?

- Əlbəttə ki, yeni məsələlər müzakirə olundu. Belə görüşlərin təşkil olunmasında əsas məqsədlərdən biri də budur. Bildiyiniz kimi, AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11 və AFFA U-12 liqalarında nəticələr qeydə alınmır, turnir cədvəli tərtib edilmir. Həmin yaş qruplarının oyunlarında tez-tez böyükhesablı nəticələrlə rastlaşırıq. Oyunçuların futbola olan həvəsinin azalmaması və oyun balansının təmin edilməsi məqsədilə bu mövzu ətrafında geniş müzakirələr aparıldı və yekunda bu nüansı aradan qaldıra biləcək qərar qəbul edildi. Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 nəfər oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər. Hesab arasındakı fərq 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir. Fərq 2 qola enəndə isə meydandakı digər əlavə oyunçu meydanı tərk edəcək. Meydana daxil olacaq və ya meydanı tərk edəcək oyunçunu məşqçi müəyyənləşdirəcək. Hesab fərqinə görə meydana əlavə olaraq daxil olacaq oyunçuların sayı maksimum 2 nəfər olmalıdır.

- Mövsümün gedişində daha hansı addımların atılması nəzərdə tutulur?

- Mövsümun gedişində çoxsaylı müraciətləri nəzərə alaraq, qız komandaları olmayan regionlarda U-8, U-9 və U-10 liqlarında 1 qız futbolçunun oğlanlarla birgə oynamasına icazə verildi. Bu təcrübənin bir çox ölkələrdə tətbiqi, həmçinin qeyd olunan yaş qruplarında fiziki olaraq güclərin, demək olar ki, bərabər olduğunu nəzərə alaraq, belə dəyişiklik tətbiq olunub.
Əlavə olaraq bildirmək istərdim ki, Azərbaycan futbolu üçün kifayət qədər işlər görmüş tanınımış mütəxəssis Bəxtiyar Musayev AFFA-da seleksiya məşqçisi kimi fəaliyyətə başlayıb. Bəxtiyar müəllimlə regionlarda baş tutan aşağı yaş qrupu liqalarının oyunları haqqında geniş fikir mübadiləsi aparmışıq. O, hətta ötən ilin son turunda Biləsuvarda təşkil olunan oyunlarda iştirak edib. Belə səfərlərin qarşıdakı həftələrdə də mütəmadi olaraq təşkili nəzərdə tutulub. Məşqçinin bütün regionlara səfəri, seleksiya məqsədilə istedadlı oyunçuların aşkarlanması və bununla bağlı rəhbərliyə hesabat təqdim edilməsi kimi addımlar mövsüm gedişində həyata keçiriləcək.

Oxşar xəbərlər


Bütün xəbərlər

Azərbaycanın daha üç cüdoçusu DÇ-də medal qazanıb
SON DƏQİQƏ! “Turan Tovuz” - “Fənərbağça” matçının vaxtı bəlli oldu
İkinci Liqada 4-cü tura yekun vuruldu
1 biletlə 4 oyun! “Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
İlham Əliyevdən Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı SƏRƏNCAM
AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim edilib
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə edib
Azərbaycan çempionatının adı dəyişib
SON DƏQİQƏ! "Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
“Zirə”nin üç legioneri milli komandalara dəvət alıb
"Sabah"ın 150-ci qələbəsi
"Kəpəz" 150-yə çatdı
Məşhur hakim Bakıdakı dünya çempionatına təyinat alıb
1000-ci oyun, 550-ci qələbə
Azərbaycan Super Liqasının yeni mövsümünün püşkatması keçirilib
Millidə ayrılıq
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatın 1/4 finalında
Misli Premyer Liqasında 19 günlük fasilə
“Sabahın Ulduzları”nda finalçılar məlum olub
Gəncədə vurulan 2 qol - VİDEO