Xəbər lentiwidget-title-icon

Azərbaycan boksçusu Avropa yığmasında
Ayxan Abbasov: "İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq”
Toral Bayramov Lixtenşteynlə oyundan öncə nələr dedi?
Azərbaycan təmsilçisi Türkiyə klubuna məğlub olub
“Neftçi”nin komandaları üçün antidopinq seminarı
"Kristal Pelas" da baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ
İngiltərə klubundan qapıçısı ilə bağlı qərar
AFFA 4 komandaya texniki məğlubiyyət verib
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
Bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu!
"Mançester Yunayted” Kerriki istefaya göndərdi
Bakıda cüdoçular üçün təlim-məşq toplanışına start verilib
Azərbaycan gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
“Xilasedici” Çempionlar Liqasında “Sportinq”ə qalib gəlib
12 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
AFFA İntizam Komitəsi onları CƏZALANDIRDI
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
ML: Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı
Daha bir futbolçu vəfat etdi
ACF və AMADA-dan milli üçün anti-dopinq seminarı
Nərmin Abdinova Avropa çempionu olub
“Neftçi” Yunanıstan klubuna qalib gəlib
Azərbaycan taekvondoçusu Dakarda gümüş medal qazanıb
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO

Klublar Komitəsinin rəhbəri: "Klubların əksəriyyəti Əvəzedicilər Liqasının ləğvini istəyirdi" – MÜSAHİBƏ

“Şamaxı” Futbol Klubunun İdarə heyətinin, eyni zamanda, AFFA Klublar Komitəsinin sədri Elçin Usubun Pressing.az saytına müsahibəsini diqqətinizə çatdırırıq:

– Uzunmüddətli fasilədən sonra Klublar Komitəsi bir araya gəldi və siz də komitəyə sədr seçildiniz. Bu barədə fikirləriniz necədir?

– Haqlısınız. Komitənin yenidən fəaliyyətə başlaması təqdirəlayiq haldır. Sədr kimi seçkiyə gəldikdə isə çalışacam ki, klub rəhbərləri olan həmkarlarımın etimadını doğruldum.

– Klublar Komitəsinin son iclası ötən ilin payızında keçirilib. Halbuki komitənin əsasnaməsinə əsasən, ayda ən azı bir dəfə iclas keçirilməlidir. Komitə niyə bu müddət ərzində yığışa bilmədi?

– Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Məncə, AFFA-nın daimi komitəsi statuslu bu komitənin iclaslarının niyə görə uzun müddət keçirilə bilməməsinin səbəbləri barədə suala məndən əvvəlki dövrdəki səlahiyyətli qurum və şəxslər daha düzgün cavab verə bilərlər. Fikrimcə, biz bu səbəbləri araşdırmaqdan çox daha çox gələcəyə fokuslanmalı və komitənin işinin canlandırılmasına çalışmalıyıq. Fasiləyə rəğmən, iclasın baş tutması ondan xəbər verir ki, belə bir yanaşma artıq daha ön plana keçib.

– İclasda hansı məsələlər müzakirə olundu?

– Qeyd etdiyiniz kimi, komitə uzun müddət yığışmadığından müzakirə edilən məsələlər də çox idi. Bunlara 2025/26-cı illər mövsümündə əvəzedici komandalarının yarışının təşkili, İcraiyyə Komitəsinin "Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödənilməsi“ qərarının icrası ilə bağlı vəziyyət, habelə növbəti mövsümə hazırlıqla bağlı klubları narahat edən digər məsələlər aiddir.

– Klublar Komitəsinin Əvəzedicilər Liqasının ləğvi ilə bağlı mövqeyi nə oldu?

– Klubların əksəriyyəti Əvəzedicilər Liqasının ləğvini istəyirdi və iclasda iştirak edən AFFA rəsmilərindən xahiş olunmuşdu ki, müvafiq mövqe İcraiyyə Komitəsinin diqqətinə çatdırılsın.

– Növbəti mövsümdən etibarən dövlət tərəfindən klublara ayrılan vəsait 3 milyon manatdan 2,5 milyona endiriləcək. İndiyədək bu vəsait müəyyən meyarlara əsasən bölüşdürülürdü. Amma növbəti mövsüm üçün meyarlarla bağlı hələlik heç bir məlumat yoxdur. Bu, klubların, xüsusilə də “Şamaxı”nın yeni mövsümə hazırlıqlarına necə təsir edir?

– Təbii ki, meyarlarla bağlı qaydaların imkan dairəsində daha tez klublara bildirilməsi daha arzuolunandır. “Şamaxı” FK olaraq, biz çətinliklərə öyrəncəliyik və çevik idarəetməyə sahibik. Ciddi sponsor dəstəyindən hələlik məhrum olmağımız bizi məcburiyyət qarşısında qoyur ki, bütün mümkün resurslarımızı cəlb edərək, konkret vəziyyətlərdə imkan dairəsində ən yaxşı nəticə əldə edək. Ümidvaram ki, hazırlıqlarımızı da layiqincə davam etdirib, azarkeşlərimizi sevindirəcəyik.

– İcraiyyə Komitəsinə hansı təkliflər irəli sürüldü?

– Əsas məsələ Əvəzedicilər Liqası ilə bağlı idi. Bir sıra başqa məsələlərlə bağlı klubların mövqeyini əks etdirən müraciətlər də edilib ki, bunları da mən bir qədər əvvəl qeyd etmişəm.

Elsevər Muradzadə
Pressing.az

Oxşar xəbərlər

Bütün xəbərlər