Xəbər lentiwidget-title-icon

ORDU Avrokubokda cavab oyununa çıxxacaq
Azərbaycan millisində ciddi itki
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında
Azərbaycan cüdoçularının Qran-pridə ilk rəqibləri bəlli olub
Elman Sultanov "Mingəçevir"dən ayrıldı - RƏSMİ
Asim Xudiyev Millətlər Liqası matçına təyinat alıb
Məşhur futbolçu Türkiyə yığmasının düşərgəsini tərk etdi
Azərbaycan millisindən 6 medal
Yankoviç birinci oldu
Misli Premyer Liqasında 13-cü turun oyunlarının vaxtı açıqlandı
Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
Rahmonaliyev oynadı, komandası uduzdu
13 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
“Neftçi” və “Qarabağ”ın oyunlarının vaxtı məlum oldu
"Neftçi"nin legioneri oynadı, komandası qələbə qazandı
OYUN GÜNÜ: Azərbaycan millisi Lixtenşteynə qarşı
Argentina millisində yeni müqavilə - RƏSMİ
Azərbaycan şahmatçılarından Avropa çempionatında üç medal
Azərbaycan klubundan ayrılan baş məşqçinin yeni iş yeri
Türkiyə evdə Belçikaya belə uduzdu - VİDEO
Keçmiş futbolçu bu klubun məşqçisi oldu
Azərbaycan boksçusu Avropa yığmasında
Ayxan Abbasov: "İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq”
Toral Bayramov Lixtenşteynlə oyundan öncə nələr dedi?
Azərbaycan təmsilçisi Türkiyə klubuna məğlub olub

"Sabah" bəyanat yayıb

“Sabah” FK AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarı ilə tanış olub.

Pressing.az xəbər verir ki, həmin qərara əsasən, klubun sabiq futbolçusu Yusif İmanovun tələbləri qismən təmin edilmiş, klubun qarşı tələbləri isə təmin olunmayıb.

Klub hesab edir ki, Komitə bu qərarda bir sıra qanunsuz və heç bir əsası olmayan nəticələrə gəlib.

“Birincisi, reqlamentin iş üzrə tərəfin Komitəyə ərizə təqdim etməzdən əvvəl digər tərəfə rəsmi qaydada xəbərdarlıq göndərmək və tələblərin icrası üçün müddət vermək öhdəliyi barədə tələbi formal prosedur deyil, hüquqi baxımdan vacib və məcburi tələbdir. Bu tələbin yerinə yetirilməməsi futbolçunun iddiasının icraata qəbul edilməsini istisna etməlidir. Lakin Komitənin bu norma ilə bağlı şərhi həmin normanı öz mənasından tamamilə məhrum etmişdir.

İkincisi, Komitə futbolçu ilə klub arasında bağlanmış müqavilədə qeyd edilən, futbolçunun yalnız əsas komandada deyil, hər hansı komandada (həm birinci, həm də ikinci komandada) çıxış edə bilməsini nəzərdə tutan əsas müddəasını düzgün şəkildə dəyərləndirməmişdir.

Əgər futbolçunun əvəzedici komandaya göndərilməsi müqavilə ilə tənzimlənirsə, əsas və ikinci komandada hansı oyunçuların çıxış edəcəyinə dair yeganə qərar vermək səlahiyyəti kluba və onun məşqçi heyətinə məxsusdur. Bu məsələdə məşqçi heyətinin səlahiyyəti məhdudlaşdırıla bilməz. Beləliklə, futbolçunun əsas komandadan uzaqlaşdırılmasının qeyri-qanuni olması barədə arqument hüquqi baxımdan qəbul edilə bilməz.

Bununla belə, Komitə heç bir hüquqi əsas olmadan futbolçunun hansı komandada çıxış etməli olduğuna məşqçi heyətinin deyil, Komitənin qərar verə biləcəyi kimi təhlükəli presedent yaradır.

Komitənin qərarı yekun xarakter daşımır və “Sabah” FK bu qanunsuz, əsassız, qeyri-obyektiv və ədalətsiz qərardan şikayət etmək üçün bütün mümkün hüquqi mexanizmlərdən istifadə edəcəkdir”.

Oxşar xəbərlər

Bütün xəbərlər