Xəbər lentiwidget-title-icon

Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
"Sabah" - "Şamaxı" matçı üçün HEYƏTLƏR
Azərbaycan millisinin heyətində dəyişiklik
Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
8 noyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
MPL: "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
8 noyabr - Zəfər Günüdür!
"Qalatasaray"da ciddi itki
Rüfət Abdullazadə oynadı, komandası qalib gəldi
"Zirə"nin "Qəbələ" üzərində qələbəsi - VİDEO

Əndərəbadi bəyanat – REPLİKA

"Neftçi" klubu bu gün yeni bəyanat yayıb.

İlk olaraq həmin bəyanatı təqdim edək:

"Son vaxtlar mediada futbolçularımızın başqa komandalara transfer olunacağı və ya icarəyə veriləcəyi haqqında xəbərlər yayılır. “Neftçi” PFK olaraq bəyan edirik ki, bu cür xəbərlər həqiqəti əks etdirmir. Buna görə də media nümayəndələrindən bu cür xəbərləri dərc etməzdən əvvəl klubun mətbuat xidməti ilə dəqiqləşdirməyi tələb edirik. Əks halda, bu xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq və sizin media orqanının nüfuzuna xələl gətirə bilər. Qış transfer dönəmində hər hansı futbolçumuz başqa komandaya transfer olunanda və ya icarəyə veriləndə, bu haqda xəbəri rəsmi olaraq klubun mətbuat xidmətindən əldə edə biləcəksiniz".

Göründüyü kimi, paytaxt təmsilçisi bu bəyanatla yerli mətbuata söz eşitdirib. Yəni, bu gündən sonra "Neftçi"nin kimi gətirib-gətirməyəcəyi, icarəyə verib-verməyəcəyi ilə bağlı xəbərləri öncədən (!) vermək olmaz. Deyə bilərsiniz ki, "klub haqlıdır, niyə rəsmi olmayan xəbərlərə inanaq?!".

Fəqət bu, təkcə Azərbaycanda yox, bütün dünyada qəbul edilmiş etalondur. Ki, insayd xəbərlər – transfer dedi-qoduları rəsmi informasiyadan öncə artıq mətbuatda dolaşır. Bir az da bədiiləşdirsək, mətbuatın dadı-duzu həm də gizli mənbələrdən əldə olunan bu tip xəbərlərlə (reallığa söykənən məlumatlar – red.) oxucuların görüşünə gəlməkdir. Lakin "Neftçi" buna görə mətbuatdan incik düşüb.

Bu gün dünya üzrə bir nömrəli futbol insayderi italiyalı jurnalist Fabrisio Romanodur. Görəsən, "Liverpul", "Real", "Milan" və digər Avropa nəhəngləri transfer edəcəkləri futbolçuların adını, hətta keçidin gününü də öncədən yazan italiyalıya belə qadağa qoyublar?

Ümumiyyətlə, Azərbaycanın ən köklü klubunun belə əndərəbadi bəyanat yayması başadüşülən deyil. Bir sözlə, bu bəyanatı da çempionatın ilk dövrəsində sosial mediada edilən uğursuz paylaşımların yanına "calamaq" olar...

Pressing.az

Oxşar xəbərlər

Bütün xəbərlər