Xəbər lentiwidget-title-icon

Valdas Dambrauskas: "Bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq"
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
"CBC Sport"un əməkdaşına AFFA-da vəzifə verilir
MS-dən "Barselona"ya - RƏSMİ
Daha bir millidə yeni baş məşqçi
Serbiyalı futbolçu "Neftçi"də
"Şamaxı"nın hücumçusu: "Qarabağ"a qarşı fərqlənmək komanda üçün yaxşı motivasiya oldu" – AÇIQLAMA
AFFA-da kütləvi ixtisarlar: Daha 7 şəxs işdən çıxarılır
"Sabahın Ulduzları": "Qarabağ" qalib gəldi, "Sumqayıt" uduzdu
"Sabah"ın rəqibində ayrılıq
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
Batşuayi də Ərəbistan yolunu tutdu
Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalında
“Sabah” bu ölkədə təlim-məşq toplanışı keçirəcək
18 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Premyer Liqa klubundan yeni transfer
"Ayaks"da yeni oyunçu
Çempionlar Liqasında pley-off mərhələsi başlayır
Bundesliqa klubunda yeni oyunçu
Oyan Nəzəriani: “Çimərlik güləşi ölkəmizdə getdikcə kütləviləşir”
"Şamaxı"nın hücumçusu: "Bu, sadəcə başlanğıcdır" – AÇIQLAMA
Azərbaycan güləşçilərindən DÇ-də iki medal
Fransa klubundan yeni transfer
Qurban Qurbanov "Şamaxı" üzərində qələbəni şərh etdi
Azər Bağırov: "Zamanla daha yaxşı “Şamaxı” görəcəyik”

"Mövsümün əvvəlindən burada olsaydım..." - Yuri Vernidub

"Neftçi" Misli Premyer Liqasının 30-cu turunda səfərdə "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edib.

Pressing.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Autsayderlə oyunda komandanı psixoloji cəhətdən hazırlamaq çətin deyil?

- "Qarabağ"la oyundan sonra futbolçularda böyük emosiyalar yarandı. Yalan demiyəcəm, bu matça görə məndə həyəcan var idi. Adətən böyük oyunlardan sonra futbolçuların emosional vəziyyəti həmişə yaxşı olmur. Amma hamımız birlikdə bunun öhdəsindən gəldik. Oyunçularıma minnətdaram.

- "Neftçi"nin avrokuboklara getməsi "Sabah"la "Zirə" arasında keçiriləcək kubokun final matçından asılıdır. Həmin oyundan gözləntiniz nədir?

- Bizim üçün hər oyun finaldır. "Şamaxı", "Sabah" və "Kəpəz"lə oyunlarımız var. Futbolçular da yaxşı başa düşür ki, bütün matçlarda maksimumu göstərməliyik. Bəli, kubokun finalından da çox şey asılıdır. Mən bütün qarşılaşmaları çətin hesab edirəm. Bu oyunlardan sonra harada olacağımızı görəcəyik.

- Son oyunlarda Falaye Sakonun performansında yüksəliş hiss olunur. Bu barədə nə deyə bilərsiz?

- Sakoya təşəkkür edirəm. O, peşəkar futbolçudur. Bütün oyunlarda öz peşəkarlığını ortaya qoymalıdır. Sakonun kifayət qədər təcrübəsi var, Fransa çempionatında oynayıb.

- "Qarabağ"la oyundan sonra dediz ki, psixoloji cəhətdən yorğunam. Ona görə də sualları cavablandırmadız. Azərbaycan çempionatının psixoloji yükü çoxdur, yoxsa başqa səbəb var idi?

- Başqa səbəb yoxdur. Belə şeylər olur. Nəzərə alın ki, birinci oyunda "Qarabağ"a 1:5 uduzmuşduq. O, mənim üçün çox ağır zərbə idi. Ona görə də ikinci oyunda fərqli formada oynadıq. Psixoloji yorğunluq elə idi ki, bəlkə də artıq nəsə deyə bilərdim. Ona görə də suallara cavab verməmək qərarı verdim. Bir daha üzrxahlıq edirəm. "Neftçi" kimi tarixi olan komandada işləmək böyük şərəfdir. Ən önəmlisi odur ki, oyunçular da "Neftçi"də oynamağın adi bir şey olmadığını başa düşməlidir. Hər zaman peşəkar davranmalı və bu ada layiq olmalıdırlar.

- Hansı futbolçularla yola davam edəcəyinizi, kimlərlə yolların ayrılacağını müəyyənləşdirmisiz?

- Vaxtı gələndə hər şeyi deyəcəm. Mətbuatda çox şey yazırlar. Hətta yazırlar ki, mənim futbolçularla konfliktim var. Mən ümumiyyətlə konfliktli insan deyiləm. Biz bir-birimizə hörmətlə yanaşıram. Nə olur-olsun, ortaq dil tapacağıq. Onu deyim ki, seçimlərdə həssas yanaşacağıq. Bizim kriteriyalara uyğun futbolçularda yola davam edəcəyik.

- "Neftçi" hazırda 3-cü yerdən 6 xal geridədir. Komandanın ilk 3-lükdən kənarda qalmasının səbəbi nədir?

- Bu barədə çox şərh vermək istəmirəm. Sadəcə deyə bilərəm ki, məndən əvvəl də çox xallar itirilmişdi. Mənim vaxtımda da "Turan Tovuz", "Zirə", "Şamaxı" ilə oyunlarda xal itkiləri olub. Maksimum nəticələr əldə etmək üçün hamımız əlimizdən gələni edirik. Mövsümün əvvəlindən burada olsaydım, daha fərqli danışmaq olardı. Amma buna baxmayaraq, müsbət mənada bir çox dəyişikliklərə nail olmuşuq. Gələcəkdə ən yuxarı yerlərdə olmaq ən böyük arzumdur. Bu, futbolçuların və rəhbərliyin də arzusudur.

- Final matçını stadionda izləyəcəksiz və "Sabah"a azarkeşlik edəcəksiz?

- Dəqiq bilmirəm. Mənim "Sabah"a və ya "Zirə"yə azarkeşlik etməyim etik deyil. Kim güclüdürsə, o da qalib gəlsin. Bizə "Sabah"ın qələbəsinin daha uyğun olmasına baxmayaraq, heç vaxt hansısa rəqibimə pis şey arzulaya bilmərəm. Çünki həyat bumeranqdır. Bu, nə vaxtsa bizim başımıza gələ bilər. (sportal.az)

Oxşar xəbərlər


Bütün xəbərlər

Valdas Dambrauskas: "Bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq"
Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
"CBC Sport"un əməkdaşına AFFA-da vəzifə verilir
MS-dən "Barselona"ya - RƏSMİ
Daha bir millidə yeni baş məşqçi
Serbiyalı futbolçu "Neftçi"də
"Şamaxı"nın hücumçusu: "Qarabağ"a qarşı fərqlənmək komanda üçün yaxşı motivasiya oldu" – AÇIQLAMA
AFFA-da kütləvi ixtisarlar: Daha 7 şəxs işdən çıxarılır
"Sabahın Ulduzları": "Qarabağ" qalib gəldi, "Sumqayıt" uduzdu
"Sabah"ın rəqibində ayrılıq
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
Batşuayi də Ərəbistan yolunu tutdu
Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalında
“Sabah” bu ölkədə təlim-məşq toplanışı keçirəcək
18 avqust: Oyunlar hansı kanallarda? - TV AFİŞA
Premyer Liqa klubundan yeni transfer
"Ayaks"da yeni oyunçu
Çempionlar Liqasında pley-off mərhələsi başlayır
Bundesliqa klubunda yeni oyunçu
Oyan Nəzəriani: “Çimərlik güləşi ölkəmizdə getdikcə kütləviləşir”