"Qarabağ" "Vestri" səfərində
"Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə cavab oyununa çıxacaq.
Pressing.az xəbər verir ki, «Thróttarvöllur» stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00–da başlayacaq. Görüşü Çexiyadan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı.
"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olub.
Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) — Derri Siti (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Qarabağ — Vestri cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Qlentoran (Şimali İrlandiya) — RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.
00:00. Vestri (İslandiya) — Qarabağ (Azərbaycan)
Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun
VAR: Tomaş Koçourek
AVAR: Ondrjey Berka
İlk oyun — 0:3