Xəbər lentiwidget-title-icon

U-20 millimiz Yaponiya sınağından üzüağ çıxdı – YAZI
“Gəncə” FIBA Avropa Kubokundakı ilk oyununda məğlub olub
"Liverpul"da itki
"Şahdağ Qusar"dan darmadağın
Cüdoçularımızdan bir gümüş, bir bürünc medal
Tanınmış jurnalist: "Ehtiram Quliyev klubun başındadır"
"Sabah"ın futbolçusu mükafatlandırılıb
AFFA-dan bu komandalara CƏZA
“Doğma vətəndə uduzmaq ağırdır” - Hidayət Heydərov
AFFA “Səbail”ə texniki məğlubiyyət verdi
Azərbaycan yığması seçmə mərhələdə 5-ci səbətdə yer alacaq
Azərbaycanın iki cüdoçusu 1/4 finalda
"Səbail" 550 min avroluq futbolçu transfer etdi
AMADA “Qəbələ”nin U-17 və U-19 komandaları üçün seminar keçirib
Ömər Rəcəbli dünya çempionatının 1/8 finalında
"Kəpəz"in futbolçusu Slovakiyaya qarşı oynadı
Üç cüdoçumuz ilk görüşlərində qələbə qazanıb
Daha 5 boksçumuz 1/4 finala yüksəlib
Əvəzedicilər Liqasında V turun təyinatları
"Neftçi" müntəzəm mövsümdəki ilk oyunda uduzdu
Son Hın Mindən rekord
Cahangir Fərəcullayev dostunun Elxan Məmmədova "işlədiyini" ifşa etdi – ŞOK DETALLAR
“Sabah” Litva klubuna məğlub olub
İspaniyadan geridönüş, İngiltərədən darmadağın - NƏTİCƏLƏR
Rəşad Eyyubov: “Tariximizin ən yaxşı nəticəsini əldə etdik”

"Qarabağ" "Vestri"yə qalib gəldi

Bu gün "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayıb.

Pressing.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə üz-üzə gəlib. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:00-da başlayıb. Matçı Roman Jitar (Moldova) idarə edib.

"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olub.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - 3:0

Qollar: Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo Sefas, 86

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova)

VAR: Luka Çibelli (İsveçrə)

AVAR: Anoen Kanaqasinqam (İsveçrə)

Oxşar xəbərlər