Xəbər lentiwidget-title-icon

PSJ UEFA Superkubokunun qalibi oldu
Konfrans Liqası: 3 komanda mərhələ adladı
Lukaku "Fənərbağça"da - RƏSMİ
İngiltərəli hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Sabah" bəyanat yaydı!
İlk hücum edən "Orhus" azarkeşi imiş - GÖTÜNTÜLƏR YAYILDI
"İmişli"dən daha bir transfer
Braziliyalı hücumçu "Şəfa"da
Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri məlumdur
İtaliya klubundan yeni transfer
Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da!
“Sabah”ın futbolçusu bombardirlər yarışına başçılıq edir
MS-də yeni qapıçı
“Xankəndi”ndə Müşahidə Şurası yaradılıb
“Gəncə” türkiyəli məşqçi ilə vidalaşıb
"Çelsi"də yeni futbolçu
37 yaşlı Sançesin yeni klubu - RƏSMİ
“Sabahın ulduzları”: “Qarabağ” və “Ulduz”dan qələbə
"Turan Tovuz" mövsümə yeniliklə başlayır
Timoteuş Puxaç: "Doğma meydanda onları darmadağın etdik" – AÇIQLAMA
Almaniya klubundan yeni transfer
Azərbaycan klubunda braziliyalı futbolçu
Azərbaycan millisinin hücumçusu “Neftçi”də
"Neftçi"də yeni oyunçu - RƏSMİ

ÇL: "Qarabağ"ın potensial rəqiblərinin sayı azaldı

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Pressing.az xəbər verir ki, püşkdə 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün rəqibi də bəlli olacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

"Qarabağ" daha yüksək reytinqi səbəbindən səpələnmişlər səbətində yer alıb.

“Şelbrun” - “Qarabağ” cütünün cütünün qalibi 2-ci mərhələnin digər 3 cütlüyündən birinin ən güclüsü ilə qarşılaşacaq:

"Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi

"Hamrun Spartans" (Malta) - "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi

"Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi

***

Bəs, “Şelbrun” - “Qarabağ” cütünün məğlubu Avroliqada kiminlə qarşılaşacaq?

Bu gün həmçinin UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin də püşkatma mərasimi keçiriləcək.

Mərasimdə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” cütünün məğlubunun rəqibi də bəlli olacaq.

Bu cütlük səpələnməmişlər səbətində yer alacaq və onun rəqibi Avropa Liqasının 2-ci mərhələsinin qaliblərindən biri olacaq. Söhbət aşağıdakı 3 cütlükdən birinin ən güclüsündən gedir:

"HNK Riyeka (Xorvatiya)" - "Ludoqorets" (Bolqarıstan)

RFS (Latviya) - "Malmö" (İsveç)

"Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya)

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Oxşar xəbərlər