"Çelsi" yeni futbolçu transfer etdi » Pressing.Az
"Çelsi" yeni futbolçu transfer etdi – RƏSMİ
Transferlər / Dünya Futbolu 13-07-2024, 09:30

"Çelsi" klubu heyətinə yeni futbolçu qatıb.

Pressing.az xəbər verir ki, London təmsilçisi "Bazel"dən 20 yaşlı yarımmüdafiəçi Renato Veyqanı transfer edib.

Portuqaliyalı futbolçu ilə 7+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2023/24 mövsümündə Veyqa klub səviyyəsində 26 oyun keçirib, 2 qol vurub və 1 qolun ötürməsini verib.