"Çelsi"də yeni futbolçu » Pressing.Az
"Çelsi"də yeni futbolçu
Transferlər / Dünya Futbolu 7-06-2024, 16:51

"Çelsi" klubu heyətinə yeni futbolçu qatıb.

Pressing.az xəbər verir ki, London təmsilçisi "Fulhem"dən müdafiəçi Tosin Adarabioyonu alıb. 26 yaşlı futbolçu "zadəganlar"la 4 illik müqavilə imzalayıb.

Adarabioyo “Mançester Siti”nin yetirməsidir. O, 2020-ci ildən "Fulhem"də oynayırdı. Ötən mövsüm futbolçu bütün turnirlərdə 25 oyun keçirib və 2 qol vurub.