"Mançester Siti"də yeni müqavilə  
                
            Dünya Futbolu
            17-03-2023, 11:00
        

"Mançester Siti" klubunun hücumçusu Xulian Alvareslə yeni müqavilə imzalayıb.
Pressing.az xəbər verir ki, argentinalı futbolçu ilə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb.  Bildirilib ki, yaxın günlərdə “Mançester Siti” Alvareslə yeni müqaviləni rəsmən elan edəcək. 
Qeyd edək ki, futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyunda 5 qol vurub.

