"Mançester Siti" qışda transfer etməyəcək  
                
            Transferlər / Dünya Futbolu
            28-12-2022, 18:28
        

"Mançester Siti" klubu qış transfer pəncərəsi zamanı heyətinə yeni futbolçu qatmayacaq.
Pressing.az xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasında 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Şəhərlilər" lider "Arsenal"dan 8 xal geridədir.

