"Mançester Siti" 10-a çatdı » Pressing.Az
"Mançester Siti" 10-a çatdı
Dünya Futbolu 20-05-2024, 09:30

İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Pressing.az xəbər verir ki, lider "Mançester Siti" doğma meydanda "Vest Hem"i qəbul edib. Qarşılaşma "şəhərlilər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 91-ə yüksəldən"Mançester Siti" ən yaxın izləyicisi"Arsenal"ı 2 xal qabaqlayaraq ardıcıl 4-cü, ümumilikdə 10-cu dəfə İngiltərə çempionu olub.