"İnter"dən yeni transfer – RƏSMİ
Dünya Futbolu / Transferlər
5-06-2025, 09:30

"İnter" klubu heyətinə yeni futbolçu qatıb.
Pressing.az xəbər verir ki, Milan təmsilçisi Zaqreb "Dinamo"sundan 21 yaşlı yarımmüdafiəçi Petar Suçiçi transfer edib. Onunla müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Suçiç ötən mövsüm "Dinamo"nun heyətində bütün turnirlərdə 32 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.
