"Milan"dan yeni transfer
Dünya Futbolu
Bu gün, 13:35
"Milan" heyətinə daha bir futbolçu qatıb.
Pressing.az xəbər verir ki, A Seriyası təmsilçisi "Monza"dan fransız yarımmüdafiəçi Uorren Bondonu transfer edib. Onunla 2029-cu il iyun ayınadək müqavilə imzalanıb. Futbolçu komandada 39 nömrəli forma geyinəcək.
21 yaşlı Bondo 2022-ci ilin yayından bəri "Monza"nın formasını geyinirdi.