PSJ-dən yeni transfer
Transferlər / Dünya Futbolu
2-01-2024, 09:30

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Pressing.az xəbər verir ki, Paris təmsilçisi son klubu "San-Paulu" olan Lukas Beraldonu heyətinə qatıb. Braziliyalı müdafiəçi ilə 5 il yarımlıq müqavilə imzalanıb. 20 yaşlı oyunçu yeni klubunda 35 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, L.Beraldo bu mövsüm "San-Paulu"da 48 oyunda meydana çıxıb və 1 qol vuurb.
