Dieqo Balau: "Meydança amili oyun performansına ciddi təsir göstərir" – MÜSAHİBƏ
Misli Premyer Liqasının 8-ci turunda ötən gün keçirilən "İmişli" – "Turan Tovuz" matçından (1:0) sonra Tovuz təmsilçisinin portuqaliyalı hücumçusu Dieqo Balau Pressing.az-ın suallarını cavablandırıb.
– Oyun barədə fikirləriniz nədir?
– Bu matçı tez bir zamanda unutmağa ehtiyacımız var. Bütün komandaların belə çətin anları olur. Hazırda yalnız irəliyə baxmalıyıq.
– İlk hissədə xeyli epizodlar yaratmağı bacardınız. Qələbəyə nə mane oldu?
– Bəzən futbolda belə hallar baş verir. Meydança o qədər də yaxşı vəziyyətdə deyil. Siz bunu stadionda oyunu izləyərkən aydın şəkildə müşahidə edə bilirsiniz. Belə ot örtüyündə oynamağa icazə verilməməlidir. Və ya bu cür matçlar günorta, havanın isti vaxtında keçirilməməlidir. Bunları bəhanə kimi qəbul etməyin. Lakin hər şey ortadadır. Meydança amili oyun performansına ciddi təsir göstərir.
– Öz çıxışınız sizi qane edir?
– hazırda ən yaxşı oyunumu ortaya qoya bilmirəm. Öz üzərimdə çalışıram. Var gücümü ortaya qoyub məşqlərdə əlimdən gələni edirəm. Növbəti matçlarda bu fərqi hiss edəcəksiniz.
– Əgər bu matçı qazansaydınız, "Neftçi" ilə xallarınız bərabərləşə bilərdi. Belə olan halda növbəti turda "Neftçi" ilə oyun daha gərgin keçəcəkdi. Bu barədə nə düşünürsünüz?
– Biz bu oyuna var gücümüzlə hazırlaşmalıyıq. İstədiyimiz nəticəni qazanmalıyıq. "Neftçi" ilə matçı gözləyirik.
Azad Nuriyev