Xəbər lentiwidget-title-icon

Elxan Məmmədovdan sonra yaxşı olacağına ümid edirdik, daha pis oldu! - Rövşən Nəcəf Rövnəq Abdullayevin səhvini təkrarlayır
Premyer Liqamızda mövsümün tamaşaçı rekordu
Ruan Renato: "Komandamız hazırda çox həssas bir dönəmdən keçir" – AÇIQLAMA
"Qoca"dan 18 ilin rekordu
"Zirə"nin futbolçusu üçün yubiley
Qazaxıstandan 14 medalla
Azərbaycan gimnastlarından dünya kubokunda daha bir neç medal
Aden Makkarti": "Tam arxayınam ki, Bakıda "Borussiya"nı məğlub edəcəyik"
"Barselona" PSJ ilə oyuna itkilərlə çıxacaq
Nuriyevin komandasından xal itkisi
Zamiq Əliyevin komandasından qələbə
Gəncədə hərəyə 1 qol - VİDEO
"Düşünürəm ki, nəticə pis deyil" - Azər Məmmədov
Rəşad Sadıqov: "Üzərimizdə müəyyən təzyiq var" - VİDEO
Gəncədə "sülh", "İmişli"dən qələbə - YENİLƏNİB
AFFA Region Liqasının püşkü atılıb
"İmişli"nin məşqçisi: "Enerjimiz tükənmişdi"
Kurban Berdıyev: “Hər dəfə qol vurmaq mümkün olmur”
“Kəpəz” - “Zirə” matçı üçün HEYƏTLƏR
"Sabah" - "Borussiya" matçının hakimləri açıqlanıb
Simiç: "Borussiya"ya qalib gəlmək üçün əlimizdən gələni edəcəyik" – MÜSAHİBƏ
"İmişli" - "Turan Tovuz" matçı üçün HEYƏTLƏR
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb
MPL: "Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
AGF-də regional güləş koordinatorları ilə görüş

Ruan Renato: "Komandamız hazırda çox həssas bir dönəmdən keçir" – AÇIQLAMA

Misli Premyer Liqasının 8-ci turunda ötən gün keçirilən "Kəpəz" – "Zirə" matçından (1:1) sonra qonaq komandanın müdafiəçisi Ruan Renato Pressing.az-ın suallarını cavablandırıb.

– Son dəqiqə qolu ilə 1 xal qazandınız. Oyun barədə fikirləriniz necədir?

– Çox çətin bir oyun oldu. "Kəpəz" klubuna xoş sözlər səsləndirmək istərdim. Çünki çox yaxşı mübarizə apardılar. Hər iki komandanın ifasında təhlükəli qol vəziyyətləri oldu. Bizi narahat edən məqam odur ki, sanki rəqibin qol vurmasını gözləyirik və yalnız bundan sonra irəli atılaraq aktivləşək. Son 2 oyunda bu situasiyanın şahidi oluruq. Sözün əsl mənasında potensialımızı ortaya qoymaq üçün rəqibi gözləyirik. Bu, olduqca məyusedici məqamdır. Lakin yenə də qol buraxdıqdan sonra çox yaxşı oynadıq. Son dəqiqələri üstün mübarizə apardıq. 1 xal qazandıq. Düşünürəm ki, Gəncə səfəri, bu stadion, bu atmosferdə "Kəpəz"in oynadığı matçlar rəqiblər üçün asan keçmir. Çempionatda çoxsaylı komandalar bu stadionda xal itirib.

– "Zirə" son matçlarda qeyri-stabil çıxış edir. Nəticələr də qənaətbəxş deyil. Bunun arxasında hansı səbəb dayanır?

– Komandamız hazırda çox həssas bir dönəmdən keçir. Zədə səbəbindən çoxsaylı futbolçular heyətdən kənarda qalıb. Çempionatın başlanğıcındakı heyətdə yer alan futbolçulardan hazırda çox az bir hissəsi mübarizə aparır. Hazırda əlimizdə olan futbolçularla meydana çıxıb oyunumuzu göstərməyə çalışırıq. Son 2 oyunda ələ düşən fürsətləri qola çevirə bilsəydik, meydanı qalib kimi tərk edə bilərdik. Ümidvaram ki, zədəlilər tez bir zamanda komandaya qoşular.

– Növbəti turda "Sumqayıt"a qarşı oynayacaqsınız. Rəqibin hazırkı performansını nəzərə alaraq asan 3 xal əldə etmək mümkün olacaq?

– Deməzdim, matç asan olacaq. Premyer Liqada "Sumqayıt"a qarşı oyunlarda asan əldə olunan 3 xal xatırlamıram. Onlara qarşı oyunlar həmişə gərgin şəraitdə keçib. Ev sahibi olduğumuzu, zədəli futbolçularımızın həmin matça qədər qayıdacağını nəzərə alsaq, düşünürəm ki, maraqlı qarşılaşma bizi gözləyir. Doğma azarkeşlər qarşısında nəticə qazanmaq istəyirik. Çempionatda ilk pillələr üçün öz iddiamızı ortaya qoya biləcəyik.

Azad Nuriyev

Oxşar xəbərlər

Bütün xəbərlər