Nuriyevin komandasından xal itkisi
Futbol üzrə Macarıstan çempionatında 10-cu turun oyunları keçirilir.
Pressing.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi "Kişvarda" öz meydanında "Ferentsvaroş"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda hesabı 32-ci dəqiqədə Bohdan Melniklə "Kişvarda" açsa da, qonaqlar 75-ci dəqiqədə Kallum O'Douda ilə bərabərlik qolunu vurublar.
Anatoli Nuriyev bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.