Xəbər lentiwidget-title-icon

İkinci Liqada 5-ci tura yekun vurulub
Azərbaycan idmançılarından "Mingəçevir Reqatası-2026"da 4 medal
İlham Əliyev FİFA prezidentini qəbul edib
MAA-da yeni voleybolçu
Azərbaycan klubundan daha bir transfer - RƏSMİ
Daha bir amerikalı "Sumqayıt"da - RƏSMİ
"Mingəçevir Reqatası-2026"nın açılış mərasimi keçirilib
Azərbaycan idmançıları dünya çempionatında 16 medal qazanıblar
Azərbaycan idmançılarından 10 medal
Azərbaycan klubundan növbəti transfer - RƏSMİ
İdmançılarımızdan dünya çempionatında 2 qızıl, 1 gümüş medal
"Şəmkir" - "Şirvan" oyununda 5 qol - VİDEO
Yankoviç oynadı, komandası xal qazandı
Niderland millisində ciddi itki
Türkiyə darmadağına məruz qaldı, Fransadan son dəqiqə qolu - NƏTİCƏLƏR
İtaliya nəhəngində yeni futbolçu
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkatması olub
Su İdmanı Federasiyası “Mingəçevir Reqatası-2026” öncəsi Füzuli sakinləri ilə görüşüb
2-ci Liqada 5-ci tura start verilib - NƏTİCƏLƏR
Azərbaycan boksçuları Çində 10 medal qazanıblar
"Turan Tovuz" - "Fənərbağça" oyunundan əldə edilən gəlir QDF-yə ianə olunacaq!
Azərbaycan cüdoçularıdan beş medal
Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
Ayxan Abbasovla İlqar Qurbanovun qısqanclığı – YAZI
28 sentyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA

"Osiyek"in futbolçusu: "Bəxtsizlik, şanssızlıq da futbolun bir hissəsidir" – MÜSAHİBƏ

"Zirə" UEFA Konfrans Liqasında "Osiyek"i sıradan çıxardı.

Xorvatiya təmsilçisinin heyətində ən çox diqqət çəkən Anton Matkoviç idi. Adı çəkilən futbolçu hər iki oyunda "qartallar"ın qapısına yol tapa bildi. "Osiyek"in yetirməsi Bakıda məğlub olduqları matç, avrokubokdan kənarda qalmalarıyla bağlı Pressing.az-a müsahibə verib.

- Son saniyəyə kimi mübarizə apardıq, döyüşdük. Təəssüf ki, alınmadı. Bizim günümüz deyildi. Olan oldu. Artıq bu matçı unudub ölkə çempionatına köklənməliyik. Qarşıda bizi ağır mövsüm gözləyir, hazırda 0 xala malikik. Odur ki, öz liqamızda ilk xalımızı qazanmağa adımıza layiq yerləri tutmağa çalışacağıq.

- Siz hər qol vurduqca, "Zirə" status-kvonu bərpa etdi. Müdafiədə zəif oynadız yoxsa özünüzə inamda problem vardı?

- Son oyunlarımıza nəzər yetirsəz, görərsiz ki, hesabda öndə olsaq da, son dəqiqələrdə qapımızda qol görürük. Bu qara ssenari "Zirə"ylə oyunda da yaşadıq. Nəsə demək çətindi. Reallıq odur ki, bəxtsizlik, şanssızlıq da futbolun bir hissəsidi. Səhvlərimizdən nəticə çıxarıb inkişaf edəcəyik.

- Qarşılaşmanın taleyini qapıçılar həll etdi. Penaltilər seriyasında qarşınızda sədd olan Tiyaqo Silva haqqında nə deyərdin?

- Gərgin qarşılaşmada həm bizim, həm də rəqib qapıçının üzərinə çox yük düşdü. Hər iki "əlcək sahib"i seyvləriylə diqqət çəkdi. Qapıçımıza minnətdarlıq edirəm. O, çox çalışdı ki, biz mərhələ keçək. Amma zirəlilərin qapıçısı zərbə dəf etməkdə bizi üstələdi.

- "11 metrə"ni vura bilməyənlərdənsən. Fərqlənə bilməməyin haqqında nə deyərdin?

- Şansımız gözlədim. Dəqiq zərbə vurmağı çox istəyirdim. Amma dueldən məğlub ayrıldım. Buna görə hələ də məyusam.

- "Zirə"yə qarşı iki oyun keçirdiz, 210 dəqiqədən çox döyüşdüz və penaltilər lotoreyasında uduzduz. Pley-offda "Omoniya" - "Zirə" qarşıdurması var. Kimi favorit görürsən?

- Cütün favoriti haqqında nəsə demək çətindi. Amma "Zirə"yə uğurlar arzu edirəm.

Abdulla İSMAYILOĞLU, Pressing.az üçün

Oxşar xəbərlər

Bütün xəbərlər