Xəbər lentiwidget-title-icon

Bakıda Azərbaycan çempionatı baş tutacaq
“Araz-Naxçıvan” və “Qarabağ” üçün maarifləndirici sessiyalar keçirilib
“Neftçi”dən AK-də növbəti məğlubiyyət
"Qalatasaray"ın 4 qolluq qələbəsi - VİDEO
De Liqt sıralara qayıtdı
"Qalatasaray" və "Bayern"dən qələbə - NƏTİCƏLƏR
Cüdoçularımız Düşənbədəki qran-pri turnirində iştirak edəcəklər
“Şahdağ Qusar” zirvədə
AVF rəsmisi Avropa çempionatının oyununda
AFFA rəsmisinin mübahisəli epizodlarla bağlı şərhi - VİDEO
Azərbaycanın 7 boksçusu mərhələ adlayıb
Ayxan Abbasov U-16 millisnin üzvləri ilə görüşüb
Azərbaycan millisi İraqdakı yarışda iştirak edəcək
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək millinin heyəti açıqlanıb
Emrelinin komandasında yeni baş məşqçi
Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
21 oktyabr: Oyunlar hansı kanallarda? - TV AFİŞA
ÇL: "Bayern" "Arsenal"a qarşı
Stas Pokatilov ikinci pillədə
PSJ - "Barselona" oyununda 6 qol - VİDEO
Birinci Liqada növbəti tur başlayır
"Sabah"ın "Borussiya"ya məğlubiyyəti - VİDEO
"Futbolçularımla fəxr edirəm” - Valdas Dambrauskas
"Sabah" "Borussiya"ya məğlub oldu - YENİLƏNİB
"Turan"dan Çempionlar Liqasında möhtəşəm qələbə

"Sübut etmək istəyirdim ki, mən Əyyubam" – MÜSAHİBƏ

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində ötən gün baş tutan “Zirə” – “Şerif” matçından (əsas vaxt - 1:2, penaltilər seriyası - 4:5) sonra Moldova təmsilçisinin futbolçusu Əyyub Allaş Pressing.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb:

- Yenidən Bakıya gəlmək və buradan qələbə ilə ayrılmaq necə hislər yaradır?

- Bakını və buradakı insanları çox sevirəm. Bunu hələ Azərbaycanda oynadığım vaxtlarda dəfələrlə demişdim. Bu oyun bizim və mənim üçün çox önəmli idi. Qalib gəlməyi bacardıq. Futbolda ən böyük arzularımdan biri avrokuboklarda daha çox oyun keçirməkdir deyə, növbəti mərhələyə adladığımıza görə xoşbəxtəm.

- İlk oyundakı məğlubiyyətdən sonra Bakıya gələndə yekun nəticəni necə təxmin edirdin?

- “Zirə”ni çox yaxşı tanıdığım üçün mərhələ adlamağın çətin olacağını bilirdim. Elə komandadır ki, hesabı qorumağı bacarır və müdafiədə xətti olduqca etibarlıdır. Ancaq yenə də yaxşı nəticə qazana biləcəyimizə böyük inamım var idi.

- Ehtiyatda qalmağın nə ilə bağlı idi?

- Hələ tam hazır deyiləm. Komandaya iyulun 5-də qoşulmuşam və 5 gündən sonra “Zirə” ilə oyunda “11-lik”də yer aldım. Həmin oyunda fiziki durumumun istədiyim kimi olmadığını görürdüm. Başqa səbəb yoxdur, sırf buna görəydi.

- “Zirə”nin azlıqda qalması sizə nə qədər kömək etdi?

- Sırf bu amilə görə mərhələ adladığımızı düşünmürəm. “Zirə” azlıqda qalsa belə, müdafiə olunmağı çox yaxşı bacarır. Sadəcə, biz təzyiqi artırmalıydıq və artırdıq da. Digər tərəfdən, irəliləyən dəqiqələrdə oyun planında daha yaxşı təsir bağışladıq.

- Penalti vuruşlarında sonuncu zərbəni dəqiq yerinə yetirməklə oyunun adamına çevrildin. Topa yaxınlaşanda zərbəni dəqiq yerinə yetirə bilməmək qorxusu var idi?

- Gizlətmirəm, müəyyən mənada həyəcan var idi. Özünüz də görürsünüz ki, adlı-sanlı, təcrübəli futbolçular belə, bəzən penaltini dəqiq vura bilmir. Məndə də bir anlıq həyəcan yarandı. Lakin dərhal özümü toparladım ki, vuramlıyam.

- Bu gün sanki xüsusi motivasiyaya sahib idin.

- Normaldır. İlyarım burada oynamışam və yenidən Azərbaycanda meydana çıxmağım xüsusi hislər yaradır. Sübut etmək istəyirdim ki, mən Əyyubam.

Daşqın Əziz

Oxşar xəbərlər

Bütün xəbərlər