Xəbər lentiwidget-title-icon

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində!
Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov

"Kim istəməz ki, medal qazansın, avrokuboklarda çıxış etsin?" - "Sumqayıt"ın kapitanı

“Oyun haqqında danışılası çox şey yoxdur. İstəyirdik ki, “Qarabağ”dan ən azı 1 xal alaq. Düzdür, rəqibin gücü məlumdur. “Qarabağ” çempionluğa ən real namizəddir. Öz oyunumuzu sərgiləsəydik, xal almaq mümkün idi”.

Bu sözləri Pressing.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə “Sumqayıt”ın kapitanı Vüqar Mustafayev Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ”a 0:5 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.

O qeyd edib ki, “Sumqayıt”dan fərqli olaraq rəqibdə hər şey alınıb: “İstədiklərimizi meydanda göstərə bilmədik. Oyunumuz heç cür alınmadı. Rəqibdə isə əksinə, demək olar ki, hər şey alındı”.

Mustafayev erkən qolların həlledici olduğunu söyləyib: “İlk iki topu çox erkən buraxdıq. Bundan sonra komanda olaraq düşüş yaşadıq. Rəqib də bundan yararlandı. Real yanaşsaq, “Qarabağ” kimi komandaya qarşı oyunda 0:4-dən sonra geridönüş etmək çox çətindi”.

Kapitan bildirib ki, ikinci yarıda heç olmasa təsəlli qolu vurmağa çalıblar: “Çalışdıq ki, fasilədən sonra heç olmasa fərqlənək. Hücumlar etmək üçün səy göstərirdik. Lakin təəssüf ki, son nöqtəni gətirə bilmədik. Bəlkə də birinci hissədə qol vursaydıq, vəziyyət bir qədər fərqli olardı. Amma bu, bəlkədi...”

Mustafayev bildirib ki, neçə top fərqli ilə uduzmaq ciddi əhəmiyyət kəsb etmir: “Əlbəttə, heç kim istəməz ki, bu cür hesabla uduzsun. Amma istənilən halda uduzmuşuq. Fərqi yoxdur, 1, ya 5 qol fərqi ilə. Hər iki halda xalsız qalırsan”.

Təcrübəli futbolçu artıq növbəti matçı düşündüklərini vurğulayıb: “Artıq bu matçı unudub, vəziyyətdən çıxmalıyıq. Bu da öz əlimizdədi. Qarşıda bizi “Kəpəz”lə qarşılaşma gözləyir. Həmin oyunda bütün gücümüzü meydanda qoyub azarkeşlərimizi sevindirməliyik. Uğursuz seriyaya mütləq növbəti turda son qoymalıyıq. Özü də çoxdandır ev oyununda qələbə qazanmırıq”.

Vüqar Mustafayev ötənilki hissləri yaşamaq istəmədiklərini söyləyib: “Keçən il də bu hissləri yaşamışdıq. “Dib”i gördük. İndi keçənilki kimi “dib”i görmək istəmirik. Sadəcə bir qələbə lazımdı ki, inam qayıtsın. Ümid edirəm ki, qarşıdakı matçlarda eyni səhvləri təkrarlamayacağıq. Komandanın potensialı var. “Sumqayıt” daha yaxşısına qadirdi”.

“Belə görünür ki, “Kəpəz”dən başqa bütün klublar avrokuboklara iddialıdı. Bu siyahıya “Sumqayıt”ı da əlavə etmək olar?” sualını kapitan belə cavablandırıb: “Kəpəz”dən də soruşsaz, onlar da bunu istər. Kim istəməz ki, medal qazansın, avrokuboklarda çıxış etsin? Bəli, biz də istəyirik. Sona kimi də vuruşacağıq. Yekunda nə olacağını isə zaman göstərəcək”.

Elsevər Muradzadə

Oxşar xəbərlər