Xəbər lentiwidget-title-icon

Azərbaycanlı hakimlər beynəlxalq dərəcə aldı
Azərbaycan yığmasının heyətində dəyişiklik
“Sabah” bu gün “Trabzonspor”la qarşılaşacaq
2-ci Liqada 10-cu turun son oyunları
“Turan” üçün tarixi oyun!
"Sassuolo" baş məşqçisini göndərib
“Qaradağ Lökbatan”dan qələbə - VİDEO
Babək Quliyevə UEFA-dan növbəti təyinat
“Sumqayıt”ın legioneri millidə
Azərbaycan millisinin üzvü üçün 90 dəqiqə
Azərbaycanda bu oyun TƏXİRƏ SALINDI
Azərbaycan güləşçisi Dakarda çempion olub
“Zirə”nin oyununda Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil olunub
Azərbaycan millisi Olimpiya çempionu oldu!
"Şamaxı"nın 200-cü heç-heçəsi
2-ci Liqada 10-cu tur həyəcanı
“Şəfa” və “Kəpəz”in əvəzedicilərindən 1 xal
Ülvi İsgəndərov üçün əlamətdar oyun
Mahir Emreli qələbəyə töhfə verdi
"Sabah" - "Şamaxı" oyununda 4 qol - VİDEO
Nəriman Axundzadə ehtiyatda qaldı
Azərbaycanlı şair bodibildinq üzrə Avrasiya ikincisi oldu
Dambrauskas: "Nəticə bizim üçün qəbuledilməzdir"
"Bir xaldan daha çoxu da ola bilərdi" - Azər Bağırov
MPL: "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi

"Qəbələ"nin kapitanı qərarını verib - ÖZƏL AÇIQLAMA

"Oyun nə istədiyimiz kimi başladı, nə də bitdi. 6 oyundur qələbə qazanırdıq. İstəyirdik ki, "Qarabağ" səfərindən də yaxşı nəticə ilə qayıdaq. "Qarabağ"dan xal almaq çətindir. Bu dəfə də xal ala bilmədik. Amma məğlub ola biləcəyimizi təxmin etmişdik. Ona görə də üzülmürük, çünki bizi qarşıda finala bərabər 3 üç oyun gözləyir. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. "Qarabağ"a məğlubiyyət bir az ona görə yaxşı oldu ki, 6 oyundur qələbə qazanırdıq. Bu, bəlkə də bizə siqnal oldu. Ki, hardasa bir az rahatlaşmışdıq. "Qarabağ" ilə matçda xal itirmək yaxşıdır, nəinki digər oyunlarda".

Bu sözləri Pressing.az-a açıqlamasında "Qəbələ" klubunun kapitanı Asif Məmmədov deyib. 36 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Qarabağ"a məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

Məmmədov, öz performansı barədə də danışıb:

"Özüm az oynadım. Hesab 0:2 olarkən meydana daxil olub, "Qarabağ"a qarşı oynayanda istər-istəməz ümid az olur. Bəlkə bu səbəbdən oyunum yaxşı alınmadı".

"Qəbələ"nin "10 nömrə"si gələcək karyerası haqda isə bunları söyləyib:

"Mövsümün sonunda müqaviləmin müddəti başa çatır. Hələ ki "Qəbələ" və ya digər klublardan real təklif yoxdur. "Qəbələ"də qalacağımı düşünürəm. Gücüm var, karyeramı davam etdirmək istəyirəm".

Elsevər Muradzadə

Oxşar xəbərlər